Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya kosmosda silahlanmanın dayandırılması layihəsinə veto qoyub
Rusiya kosmosda silahlanmanın dayandırılması layihəsinə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasında bütün ölkələri kosmosda silahlanma yarışının qarşısını almağa çağıran qətnaməyə veto qoyub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ və Yaponiya tərəfindən irəli sürülən qətnamə layihəsi 1967-ci il Kosmos Müqaviləsində artıq təsbit edilmiş prinsipi bir daha təsdiq etməyə çalış idi.

Birləşmiş Ştatlar Rusiyanın kosmosa əsaslanan, peyk əleyhinə nüvə silahları hazırladığına dair xəbərdarlıq edib. Rusiya hazırkı razılaşmaya “tamamilə sadiq olduğunu” bildirib.

Çərşənbə günü təqdim edilən layihədə, “bütün dövlətləri, xüsusən də böyük kosmik imkanlara malik olan dövlətləri kosmosdan dinc məqsədlərlə istifadə və kosmosda silahlanma yarışının qarşısının alınması məqsədinə fəal olmağa” çağırış edildiyi bildirilib.

Sənəd, həmçinin ölkələri Kosmos Müqaviləsini dəstəkləməyə çağırıb, bu müqaviləyə əsasən, bütün tərəflər “Yer kürəsinin orbitinə nüvə silahı və ya digər kütləvi qırğın silahları daşıyan hər hansı obyekt yerləşdirməmək” barədə razılıq ələdə etməyi tövsiyə edib.

Şuranın 15 üzvündən 13-ü təqdim olunan layihənin lehinə, veto hüququna malik 5 daimi üzvdən biri olan Rusiya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.

Fevralda Ağ Evin sözçüsü Con Kirbi demişdi ki, Rusiya “problemli” yeni anti-peyk silahı hazırlayıb, lakin bu silah hələ işə düşməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »