Paşinyanın iştirakı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) forumunun keçiriləcəyi Opera binası və ətraf küçələr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən metal hasarlarla mühasirəyə alınıb.
Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakimiyyət çoxlu sayda polisi “Vətən naminə” hərəkatının mitinqinin keçiriləcəyi Azadlıq meydanına gətirib.
Opera binasının yaxınlığında həm xüsusi texnika, həm də polis əməkdaşlarının gətirildiyi çoxlu yük maşınlarını görsənir. Bundan əlavə, polis opera binasını və ona bitişik küçələri metal hasarlarla mühasirəyə alır.
Bu gün saat 17:00-da Avropa Yenidənqurma və İnkişaf Bankının beynəlxalq forumu olacaq, qeyd edilir ki, tədbirdə baş nazir Nikol Paşinyan da iştirak edəcək.
Etiraz hərəkatının iştirakçıları Opera binasının qarşısına toplaşaraq hakimiyyətin siyasətinə etirazlarını bildirmək niyyətindədirlər. “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları vətəndaş itaətsizliyi aksiyaları keçirir, paytaxtda küçələrin hərəkətini bağlayır və hökumətin istefasını tələb edirlər.
Mayın 9-da “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan itaətsizlik aktlarının başladığını və baş nazirə qarşı impiçment prosesinin başladığını elan edib. Hərəkat Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində İrəvanın "güzəştlərinə" qarşı oluğu bildirilir.
Qadir, Bizimyol.info