Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: “Moskva “maraq” göstərəsə, Kiyev danışıqlara başlayacaq”
Blinken: “Moskva “maraq” göstərəsə, Kiyev danışıqlara başlayacaq”

“Moskva buna “maraq” göstərərsə, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə danışıqlar apara bilər”.

Bizimyol.info xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.

“Əgər Rusiya prezidenti Vladimir Putin danışıqlara ciddi maraq göstərsə, əminəm ki, Ukrayna buna cavab verəcək”, - deyə o qeyd edib. Onun sözlərinə görə, indi Moskva guya buna hazır deyil.

Dövlət katibi əlavə edib ki, danışıqlarla bağlı qərarı Ukrayna verməlidir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Qərb ölkələri sülh haqqında sözlərdən öz həqiqi istəkləri üçün informasiya maskası kimi istifadə edirlər. O, “kollektiv Qərbin həqiqətən də regionda (Ukraynada) sülhə öz məqsədi kimi baxdığına” dair siqnalların olmadığını qeyd edib.

Putin, mətni mayın 15-də Kremlin saytında dərc olunan Çinin "Sinxua" agentliyinə müsahibəsində belə deyib" "Rusiya Federasiyası münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna üzrə dialoqa açıqdır, lakin danışıqlar onun maraqlarını nəzərə almalı və qlobal sabitlik, eləcə də etibarlı təhlükəsizlik təminatlarının müzakirəsi ilə birlikdə aparılmalıdır".

Rusiya lideri qeyd edib ki, o, Qərbin bu cür zəmanətlərdə etibarlılığı ilə bağlı problemlər olduğunu müşahidə edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »