Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk diplomatını şəhid edən terrorçunun azadlığa buraxılması Ermənistan rəhbərliyinə siyasi tələdir"
"Türk diplomatını şəhid edən terrorçunun azadlığa buraxılması Ermənistan rəhbərliyinə siyasi tələdir"

Türkiyə konsulunun qətlinə görə 40 il ABŞ həbsxanasında yatan və İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılan ASALA terrorçusu Hampiq Sasunyan azadlığa buraxılıb. Onunla bağlı video Ermənistan “Telegram” kanallarında videogörüntülər yayılıb. Sasunyan Ermənistanda keçirilən yürüşlərdə arxiyepiskop Baqrat Qalstanyanla birlikdə görüntülənib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1982-ci ildə Türkiyənin ABŞ-ın Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı şəhid edən erməni terrorçu Hampiq Sasunyanın azadlığa buraxılması, ABŞ-ın və bölgədəki proseslərə xələl gətirmək istəyən erməni diasporunun yanlış münasibətidir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Kaliforniya qanunlarının 25 ildən sonra şərti azadlığa buraxılması üçün müraciət etmək hüququ olsa da, beynəlxalq terror yolu ilə Türk diplomatını şəhid edən terrorçunun tələbinin nəzərə alınaraq, azadlığa buraxılması tamamilə siyasidir. Bu addım beynəlxalq razılaşmalara, sülh və əmin-amanlığın təmin edilməsinə yönəlmiş səylərə ziddir. Ermənistan rəhbərliyi bu tələyə düşməməli və regionda əldə olunan sosial-iqtisadi tərəqqiyə mane olacaq münasibətdən uzaq durmalıdır. Əks halda, başqa ölkələrin oyuncağına çevriləcək, regiondakı bütün maraqlarından məhrum olacaq. Türkiyə-Ermənistan sərhəd qapılarının açılması imkanının müzakirə edildiyi bu günlərdə bu buraxılışın gündəmə gəlməsi çox əhəmiyyətlidir”-deyə professor bildirib.

“Bu hadisə onu göstərir ki, ABŞ kimi dövlətlər Türkiyə və Azərbaycanın bölgədə təmin etməyə başladığı sülh, sabitlik və iqtisadi inkişaf addımlarının qarşısını almağa çalışırlar. Lakin həm Türkiyə, həm də Azərbaycan mühim dövlət ənənələrinə malik ölkələr olduğundan, bu cür hadisələrə reaksiya vermək, lazımi tədbirləri görmək gücündədirlər”-deyən professorun sözlərinə görə, bu səbəbdən də regional siyasətlərini uğurla yekunlaşdıracaqlarını söyləmək olar.

“Belə hadisələr tarixin hər dövründə olub və gələcəkdə də yaşana bilər. Önəmli olan, lazımi tədbirləri görərək, maneə törədən ünsürləri aradan qaldırmaqdır. Təbii ki, həm Türkiyə, həm də Azərbaycanda bunun üçün yetərli imkan var. Ona görə də bu hadisənin bölgədəki siyasətlərə təsir edəcəyini söyləmək olmaz”-deyə Kərəm Qarabulud bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »