Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media: İsrail tankları Qəzza zolağının şimalına qayıdıb
Media: İsrail tankları Qəzza zolağının şimalına qayıdıb

İsrail tankları bir neçə həftə əvvəl tərk etdikləri Qəzza zolağının şimalına yenidən qayıdıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.

“Çərşənbə axşamı İsrail tankları bir neçə həftə əvvəl tərk etdikləri Qəzza zolağının şimalına yenidən daxil olublar. Yerli sakinlərin sözlərinə görə, tanklar Beyt Hanuna doğru irəliləyib və köçkün ailələrin sığındığı bir neçə məktəbi mühasirəyə alıblar”, - deyə telekanal qeyd edib. Həmçinin, onun məlumatına görə, sakinlər Beyt Hanun və Cəbəliyə bölgələrində internetin kəsilməsi barədə məlumat veriblər.

Təxminən 60 min insanın yaşadığı Beyt Hanun ötən ilin oktyabrında İsrailin Qəzzaya qurudan hücumu zamanı hədəfə alınan ilk ərazilərdən biri olub. İsrail qoşunlarının geri dönməsindən sonra son həftələrdə Beyt Hanun və Cəbəliyəyə qayıdan bir çox ailənin yeni basqın səbəbilə yenidən yaşayış yerlərini tərk etdiyi bildirilir.

Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.

İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »