Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AB Komissiyasının sədri fon der Leyenə "sən müharibə cinayətkarısan" deyiblər
AB Komissiyasının sədri fon der Leyenə "sən müharibə cinayətkarısan" deyiblər

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen İsraili dəstəklədiyi üçün etirazçının “sən müharibə cinayətkarısan” deyərək ona qarşı səsləndirilən reaksiyasına məruz qalıb.

Bizimyol.info xəbər verir ki, milli mətbuatda çıxan xəbərlərə görə, fon der Leyen Hollandiyanın Maastrixt şəhərində qatıldığı tədbirin keçirildiyi binanın qarşısında onlarla insanın etirazı ilə üzləşib.

Von der Leyen binanın qarşısında şəkil çəkdirərkən bir qadın etirazçı: "Sən müharibə cinayətkarısan",- deyə qışqırıb.

Alman siyasətçiyə İsrailin Qəzzadakı hərəkətlərinə verdiyi dəstəyə reaksiya verən qadın etirazçı, İsrailin hücumlarında minlərlə uşağın həlak olduğunu fon der Leyenə də xatırladıb.

Von der Leyen onun ünvanına deyilən sözlərə cavab verməsə də, etirazçı mühafizəçilər tərəfindən uzaqlaşdırılıb.

Almaniyanın ilk qadın müdafiə naziri olaraq da tanınan Von der Leyen, 7 oktyabr 2023-cü il tarixindən sonra heç vaxt itirmədən dəstək üçün İsrailə səfər edən ilk liderlər arasında idi və AB-nin İsrailə “şərtsiz dəstəyini” öz açıqlamalarında bəyan edib.

Bu səfəri İsrail xalqı və dövləti ilə həmrəylik üçün etdiyini bildirən fon der Leyen səfəri zamanı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Aİ administrasiyası israr edir ki, Fələstin-İsrail probleminin həlli yalnız iki dövlətli quruluşla mümkün olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »