Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq eyni "qıcıq" məqsədi daşıyır"
"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq eyni "qıcıq" məqsədi daşıyır"

Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri təsdiqləyib. Bu qərar qonşu ölkələrin Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda konsulluğun açması Ermənistanın suveren hüququdur. Deputat vurğulayıb ki, bu konsulluğun azərbaycanlıların kompakt yaşadığı Təbriz şəhərində açılması sual doğurur. Çünki, konsulluq xidmətləri göstərmək üçün Təbrizdə heç də o qədər erməni yoxdur.

Azər Badamov Azər Badamov

“Əgər belə bir konsulluğa ehtiyacı olsaydı onu ermənilərin yaşadığı bir bölgədə açardılar. Amma bu konsulluğun Təbrizdə açılması və bir müddət əvvəl İran konsulluğunun Qafanda açması Azərbaycana qıcıq vermək üçün atılan addımlar olduğunu hesab edirəm. Təbii ki, Təbrizdə açılacaq konsulluq Qafanda açılan İran konsulluğu kimi fəaliyyətsiz və lazımsız simvolik bina olacaqdır”-deyən deputat əlavə edib ki, Ermənistanın bu addımı Azərbaycanla müzakirə olunan sülh danışıqlarının ruhuna uyğun gəlmir. Çünki bu gün regionda reallıqlar dəyişilib.

Azər Badamovun fikrincə ölkələr arasındakı düşmənçilik münasibətlərinin bizi yaxşı gələcəyə aparmadığını hamı başa düşdüyü bir zamanda, yenidən qonşulara qıcıq doğuracaq belə addımların atılması heç də doğru hesab edilmir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »