Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin oğlu böhtana görə "Fox News"u məhkəməyə verməklə hədələyib - Media
Baydenin oğlu böhtana görə "Fox News"u məhkəməyə verməklə hədələyib - Media

Amerika liderinin oğlu Hunter Bayden "Fox News" kanalını böhtan, onun imicindən istifadə və qeyri-qanuni yolla əldə edilmiş fotoşəkilləri dərc etdiyinə görə məhkəmə işi ilə hədələyib.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi müvafiq məktub əldə etmiş "Axios" informasiya portalı məlumat yayıb.

Şəbəkəyə göndərilən sənəddə Hunter Baydenin hüquq qrupu "Fox News"a qarşı "qaçılmaz məhkəmə" gözlədiklərini söyləyib və aparıcılarından, o cümlədən Sean Hannity, Jesse Vaters və Maria Bartiromodan proses zamanı tələb oluna biləcək "sənədləri qoruyub saxlamağı" tələb edib. Hüquqşünaslar, həmçinin "Fox News"dan onun xarici biznes sövdələşmələrinə fokuslanan altı hissədən ibarət olan "Hunter Baydenin Mühakiməsi" adlı xüsusi yumoristik verilişi efirdən çıxarılmasını tələb etdilər. “Cənab Baydeni mütəmadi olaraq böhtan və təhqir etməklə, "Foks" eyni zamanda onun imicinin, adının və reputasiyasının qeyri-qanuni kommersiya istismarından və cənab Baydenin nalayiq fotoşəkillərinin məzəmmət edilərək yayılmasından qazanc əldə etməyə çalışır”, - deyə məktubda qeyd olunub.

"Vəkillər "Fox News"dan aprelin 26-dək cavab tələb ediblər, lakin telekanal münasibət bildirməyib", - deyə "Axios" qeyd edib.

Əvvəllər Amerika mediası Hunter Baydenə məxsus noutbukdan məlumatları dərc etmişdi. Onlardan belə nəticə çıxdı ki, o, şurasının üzvü olduğu Ukraynanın “Burisma Holdings” enerji şirkətinin nümayəndəsi ilə atası ilə görüş təşkil edə bilər.

Həmin vaxt Co Bayden ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »