Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada ayı hücumu həyəcanı: Süni intellekt işə salınacaq
Yaponiyada ayı hücumu həyəcanı: Süni intellekt işə salınacaq

Ötən il Yaponiyada ayı hücumları nəticəsində 6 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Rekord sayda hücumdan sonra ölkə süni intellektli ayı xəbərdarlıq sistemini sınaqdan keçirəcək.

Bizimyol.info "terthaber"ə istinadən xəbər verir ki, Yaponiyanın mərkəzi Toyama regionunun pilot sistemi insanlara yaxın ərazilərdə hərəkət edən ayıları aşkar etmək və müvafiq yerli hakimiyyət orqanlarına, polisə və ovçulara dərhal xəbərdarlıq göndərmək üçün hökumət, bələdiyyə və özəl təhlükəsizlik kameralarından canlı yayımlara nəzarət edəcək.

Süni intellekt ayıların hərəkət nümunələrini izləmək və gələcəkdə harada olacaqlarını təxmin etməyə çalışmaq üçün də istifadə olunacaq. Plan uğurlu olarsa, o, ölkənin əhəmiyyətli ayı populyasiyası olan digər bölgələrinə də tətbiq ediləcək.

Müvafiq rəsmi təşkilatların verdiyin məlumata görə, mmiart ayına qədər ölkənin 19 əyalətdə ayı hücumları nəticəsində 200-dən çox xəsarət və 6 ölüm hadisəsi baş verib. Bunlar ümummilli məlumatlar əldə olunduqdan sonra qeydə alınan ən yüksək rəqəmlərdir. Heyvanlarla qarşılaşmaların artmasına səbəb kimi ayıların əsas qida məhsulunun dəyişməsi və kənd əhalisinin azalması göstərilir.

Mütəxəssislər hesab edir ki, digər amil kəndlərdə və şəhərlər ətraflarında səs-küylü davranışları ayıları uzaqlaşdırmağa kömək edən uşaqların sayının davamlı azalmasıdır. "Əyalətlərdə əhalinin, xüsusilə uşaqların sayının azalması vəhşiləri daha geniş əraziyə yayılması üçün şərait yaradıb", - deyə verilən məlumatda qeyd olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »