Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: Aİ müharibə etmək üçün deyil, özünü müdafiə etməyə hazır olmalıdır
Borrell: Aİ müharibə etmək üçün deyil, özünü müdafiə etməyə hazır olmalıdır

"Avropa ölkələri öz təhlükəsizliklərini müstəqil şəkildə təmin etməlidirlər".

Bizimyol.info xəbər verir ki, bu fikir Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunmuş məqaləsində qeyd olunub.

“Biz Şimali Atlantika Alyansı (NATO) daxilində güclü baza qurarkən, Avropanı təkbaşına müdafiə etmək qabiliyyətinə görə strateji məsuliyyət daşımalıyıq”, - deyə o qeyd edib.

Aİ diplomatik xidmətinin rəhbəri vurğulayıb ki, Avropa İttifaqının Avropa müdafiəsinin bütün paradiqmasında dəyişikliyə ehtiyacı var. Borrelin sözlərinə görə, icma ölkələri təhlükəsizliyi çox uzun müddət ABŞ-a həvalə ediblər və son 30 ildə - Berlin divarının yıxılmasından sonra, səssiz silahsızlanma siyasəti həyata keçirilib. Eyni zamanda o bildirib ki, Aİ-nin müharibə etmək istəyində oluğuna görə yox, ömünü müdafiə etməsi üçün belə bir addımın atılmasına ehtiyac var. Borrelin iddia edib ki, Avropa İttifaqı “istənilən təcavüzkara qarşı etibarlı çəkindirmə vasitələrinə” malik olmaq istəyir.

Avropa diplomatiyasının rəhbəri Avropa müdafiə sənayesinin çətinliklərlə üzləşməsindən şikayətlənib. "Ukraynaya dəstək vermək üçün kifayət qədər sursat göndərməkdə çətinlik çəkməyə davam edirik. Bundan əlavə, pilotsuz uçuş aparatları və ya süni intellekt kimi yeni hərbi texnologiyalarda əhəmiyyətli keyfiyyət problemləri ilə üzləşirik", - deyə o bildirib.

Aİ və Çin arasında qarşılıqlı fəaliyyət kontekstində Borrell balanslaşdırılmış ticarət əlaqələrinin qurulmasının zəruriliyinə işarə edib. O, əlavə edib ki, Aİ Çin rəhbərliyinin qeyd olunan yüksək texnologiyalı istehsala böyük sərmayə yatırmaq planları fonunda “bloklar arasında qarşıdurmaya” qayıtmaq istəmir, çünki hər iki tərəf həddən artıq asılı vəziyyətə düşüb. “İqlim dəyişikliyi kimi dövrümüzün əsas və qlobal problemlərini həll etmək üçün Çinlə əməkdaşlıq lazımdır”, - deyə Borrell vurğulayıb.

Bundan əvvəl Avropa İttifaqı Ukraynaya 2023-cü il martın 20-dən 2024-cü il martın 19-dək 1 milyon mərmi vəd etsə də, bu vəd yerinə yetirilməyib. Eyni zamanda, Avropa Komissiyası daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı yanvar ayında mərmi istehsalını ildə 1 milyon ədəd səviyyəsinə çatdırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »