Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: "İsrail istənilən halda Rəfah əməliyyatını həyata keçirəcək"
Netanyahu: "İsrail istənilən halda Rəfah əməliyyatını həyata keçirəcək"

"İstənilən halda İsrail əsgərləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində əməliyyat keçirəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Fələstin anklavında saxlanılan girovların qohumları ilə görüşündə bildirib.

Netanyahu bunun fələstinli radikallarla girovların azad edilməsi ilə bağlı razılığın əldə edilib-edilməməsindən asılı olmayaraq baş verəcəyini vurğulayıb. Onun sözlərinə görə, Rəfah əməliyyatı İsrailin Həmas üzərində “tam qələbə qazanması” üçün lazımdır.

“Bütün məqsədlərə çatana qədər müharibəni dayandıracağımız fikri belə nəzərə alınmır. Rəfaha daxil olub orada yerləşən Həmas batalyonlarını məhv edəcəyik”, - deyə bildirən hökumət başçısının sözləri baş nazir aparatı tərəfindən yayılan məlumatda qeyd edilib.

Noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar barışıq yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başladı və bu gün də davam edir. İsrailin son məlumatlarına görə, Qəzza zolağında hələ də 133 nəfər girov saxlanılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »