Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
300 dollara başa gələn "həyat"... "Azərbaycan minaların təmizlənməsi prosesində yetərli dəstək görmür"
300 dollara başa gələn "həyat"... "Azərbaycan minaların təmizlənməsi prosesində yetərli dəstək görmür"

"Azərbaycan dövlət olaraq, tək başına işağldan azad edilmiş ərazilərdə vaxtilə ermənilərin basdırdığı minaların təmizlənməsini öz üzərinə götürüb. Hər bir minanın təmizlənməsi üçün dövlət olaraq 300 dollar maliyyə vəsaiti xərclənir. Bu dünyada qəbul olunmuş bir qaydadır. Azərbaycan dövləti təkcə, həmin ərazilərdə infrastruktur layihələri yaratmaqla, insanları ora öz dədə-baba yurduna köçürməklə deyil, eyni zamanda həmin əraziləri ilkin olaraq, erməni dövlətinin və erməni dövlətinə xidmət edən və onlara dəstək olan şəxslərin basdırdığı və basdırılmasına göz yumduğu minaları təmizləmək ilə məşğuldur".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Politoloq qeyd edib ki, minaların partlaması zamanı xəsarət alan və həlak olan hər bir şəxsə görə Ermənistan dövləti başda olmaqla, Ermənistan dövlətini dəstəkləyən, Ermənistan dövlətinə himayə duran və onları bütün instansiyalarda beynəlxalq təşkilatlarda müdafiə edən dövlətlər və beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır.

Ramiz Alıyev Ramiz Alıyev

“Azərbaycan dövlət olaraq, bu keşməkeşli və çətin durumdan da üzüağ çıxacaq və ərazilərimizdə olan minalar təmizlənəcək. Təəssüflər ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri yalnız Azərbaycan ilə bağlı məsələdə geri addım atırlar, minaların təmizlənməsinə yardım etmirlər. Ancaq bütün dövlətlərdə bütün ərazilərdə olan minaların təmizlənməsi üçün istər beynəlxalq təşkilatlar, istərsə də hegemon dövlətlər həmişə dəstək göstəriblər. Azərbaycanla bağlı məsələdə yenə də ikili standartlar, yenə də islamofobiya, yenə də türkfobiya, yenə də Azərbaycana qarşı qərəzli mövqe öz sözünü deyir və özünü göstərir. Azərbaycan dövlət olaraq, xalq olaraq, bunun da öhdəsindən gələcək. Gələcəkdə Azərbaycan öz ərazilərini minalardan təmizləyəcək. Bundan sonra işğaldan azad edilmiş tarixi torpaqlarımız öz vətəndaşlarını tam təhlükəsiz şəkildə qarşılamağa hazır olacaq”-deyə Ramiz Alıyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »