Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər gün gördüyümüz su qablarının qapaqlarındakı rənglər bizə nəyi anladır
Hər gün gördüyümüz su qablarının qapaqlarındakı rənglər bizə nəyi anladır

Təbiətin bizə bəxş etdiyi ən qiymətli şey sudur. İstənilən vaxt istənilən yerdən, marketlərdən əldə edə biləcəyimiz suyu alarkən, ümumiyyətlə butulkaya fikir vermədən alıb kassaya gedirik.

Bizimyol.info xəbər verir ki, "webtekno"nun bu barədə dəc etdiyi yazıda deyilir: "Əminik ki, qırmızı və ya ağ qapaqlı plastik butulkalarla rastlaşmısınız. Bəs sizcə bu rənglər məhz belə seçilib?

Əlbəttə yox! Hər plastik şüşə qapağındakı rənglərin bizə deyəcək bir şeyi var!"

Ən çox rastlaşdığımız rəng təbii ki, mavidir.

Əgər bu rəngdə plastik şüşə qapağı görsəniz, bilin ki, içəcəyiniz su təbii qaynaqlı sudur. Daha ətraflı izah edək: Emal edilməmiş, tərkibində çoxlu minerallar olan və təbii mənbələrdən əldə edilən sudur. Rahatlıqla istehlak edə bilərsiniz.

Bəs ağ qapaq?

Mavi qapaq kimi tez-tez qarşılaşmasaq da, ağ qapaqların da əhəmiyyətli bir mənası var. Saflıq və təmizlik rəmzi olaraq istifadə edilən ağ rəng həm də suda təmizlənmiş, saflaşmış mənasındadır.

Sudan əlavə maddələrin və çirkləndiricilərin çıxarılması üsulu olan təmizləmə daha təhlükəsiz və təmiz su istehlak etməyə imkan verir.

Fərqinə varmadan aldığımız qırmızı papaq onun qazlı su olduğunu göstərir

Rənglərin mənalarına əsaslanaraq qırmızının dinamizmin və enerjinin rəngi olduğunu vurğulayaq. Qırmızı qapaqlı sular da rənglərinə uyğun olaraq qazlı su kateqoriyasına aiddir.

Qazlı olduğunu desək də, bunu şişirtmə kimi qəbul etməyin. Bu suların tərkibində yüngül soda da var və onlar təravətləndirici təsirə malikdir.

Artıq plastik şüşələrin qapaq rənglərinin nə demək olduğunu bildiyimiz üçün su alarkən butulka qapaqlarının rənglərinə diqqət etməyi unutmayaq!

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »