Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da hüquqşünaslar Bayden administrasiyasını "İsrailə silah ixracını dayandırmağa" çağırıb
ABŞ-da hüquqşünaslar Bayden administrasiyasını "İsrailə silah ixracını dayandırmağa" çağırıb

ABŞ-da 90-dan çox hüquqşünas prezident Co Bayden administrasiyasını 7 oktyabrdan bəri Qəzzada hücumlarını davam etdirən İsrailə silah ixracını dayandırmağa çağırıb.

Bizimyol.info "trthar"ə istinadən xəbər verir ki, Amerikanın "Politico" saytında yer alan xəbərə görə, hüquqşünaslar administrasiyaya bildiriş göndərərək, İsrailin Qəzzaya hücumlarının ABŞ qanunlarını və beynəlxalq qanunları pozduğunu bildirib.

Bayden administrasiyası daxilində və xaricində olan hüquqşünaslar tərəfindən imzalanan bildiriş ABŞ-ın İsrailə qarşı siyasətinə artan müxalifətin son əlamətlərindən biri kimi qiymətləndirilir.

Qəzzada fəq qoymadan bombardmanların yer aldığı bildirişdə İsrailin hücumları, yardım karvanlarına hücumlar, məktəb və xəstəxanaların bombalanması ilə bağlı pozuntular nəticəsində mülki vətəndaşların itkilərinin çox olması qeyd edilib. Bildirişdə Bayden tərəfdarlarının əksəriyyətinin İsrailə silah embarqosu qoyulmasını istədiyini göstərən sorğulara istinad edilir: “Qanun aydındır və Birləşmiş Ştatların Qəzzada hərbi hücumlara son qoyana qədər İsrailə silah tədarükünü dayandırmalı olduğuna inanan amerikalıların əksəriyyətinə uyğundur”, - deyə bəyanatda qeyd edilir.

Bildirişdə həmçinin Ədliyyə Nazirliyindən İsrail ordusunda xidmət edən ABŞ vətəndaşlarının Amerika qanunlarına əsasən mühakimə oluna biləcək hərbi cinayətlərdə iştirak edib-etmədikləni araşdırmaq tələb olunr: "Bu, ABŞ hökumətinin öz qanunlarını və siyasətinin pozulduğu bir məqamdır", - deyə bildirişi imzalayan Ədliyyə Departamentinin əməkdaşı qeyd edib. Ağ Ev və Ədliyyə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bildiriş Konqresin İsrailə 26,3 milyard dollarlıq əlavə yardımı təsdiqləməsindən bir neçə həftə sonraya təsadüf edir. Bildiriş, həm də Ağ Evin Vaşinqton tərəfindən təchiz edilmiş silahlarla bağlı Təl-Əvivin hərəkətlərinin ABŞ və ya beynəlxalq qanunlara uyğun olduğunu 8 May tarixindən əvvəl Konqresə sübut etmək baxımından vacibdir. Məlum olub ki, ABŞ-da bəzi yüksək rütbəli məmurlar ötən həftə dövlət katibi Antoni Blinkenə İsrailə verilən silahların beynəlxalq hüquq normalarına uyğun istifadə edildiyinə dair daxili memorandumda verilən zəmanətin etibarlılığına şübhə ilə yanaşıblar.

Fevral ayında ABŞ-da və xaricdə 800-dən çox Amerika rəsmisi Bayden administrasiyasının İsrailin Qəzzaya hücumlarını dəstəkləməsinə qarşı açıq məktub yazmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »