Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: NATO blokun Ukrayna münaqişəsində iştirak təhlükəsindən xəbərdardır
Rusiya XİN: NATO blokun Ukrayna münaqişəsində iştirak təhlükəsindən xəbərdardır

Rusiya Federasiyası ümid edir ki, NATO-nun özünüqoruma instinkti Ukraynaya qoşun yeritmək məsələsində gətirəcək.

Bizimyol.info xəbər verir ki, bunu ölkə mətbuatına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

“Qərb qoşunları Ukraynada peyda olarsa, NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurma riski dəfələrlə artacaq. Biz belə inkişafı istəmirik. Ümid edirik ki, Qərbdə ağlı başında olma və özünüqoruma instinkti son nəticədə qalib gələcək”, - deyə diplomat qeyd edib.

O vurğulayıb ki, bəzi NATO ölkələrinin alyansdan Rusiya ilə qarşıdurma aləti kimi istifadə etmək cəhdlərinə baxmayaraq, onun rəhbərliyi bəyanatlara əsasən, blokun Ukrayna münaqişəsinə cəlb olunmasının potensial təhlükələrindən xəbərdardır və hazırkı mərhələdə məsafə saxlamağa çalışır.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

Konfransdan sonra əksər iştirakçı ölkələrin nümayəndələri Ukraynaya hərbi personal göndərməyi planlaşdırmadıqlarını bildiriblər. Laki son günlərdə vəziyyət dəyişməyə başlayıb, artıq bəzi alyans dövlətlərinin rəsmiləri bu barədə bir daha düşünməli olacaqlarını bildirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »