Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fələstinin BMT-yə tamhüquqlu üzvlük ərizəsi təşkilatın qəbul komitəsinə göndəriləcək
Fələstinin BMT-yə tamhüquqlu üzvlük ərizəsi təşkilatın qəbul komitəsinə göndəriləcək

Bu ay BMT Təhlükəsizlik Şurasınına (TŞ) rəhbərlik edən Malta Fələstinin BMT-yə tamhüquqlu üzvlük ərizəsini rəsmi olaraq yeni üzvlərin qəbulu komitəsinə göndərəcək.

"Report" xəbər verir ki, bu barədə Maltanın BMT-dəki daimi nümayəndəsu Vanessa Frazier jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, Fələstinin şuraya üzvlük müraciəti qapalı iclasda yenidən dəyərləndirilib və bununla bağlı müsbət qərar qəbul olunub. Bu proses zamanı BMT TŞ-nın hər bir üzvünün Fələstinin üzvlüyü ilə bağlı qətnamə layihəsi təqdim edə biləcəyini bildirən V. Frazier Fələstinin hazırda mövcud olan müşahidəçi üzvlüyünün tam üzvlüklə əvəz olunması və tələbin icrası üçün lazımı addımlar atılacağını vurğulayıb.

Qedək ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin bu müraciət BMT TŞ-də yetərli dəstəyi almayıb. Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi açıqlamada BMT-nin Baş katibi Antoniu Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına da məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib.

Son xəbərlər
Bütün xəbərlər »