Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Suriyadakı konsulluğuna hücumla bağlı İsrailə cavab verəcək, ancaq böyük müharibə gözlənilmir"
"İran Suriyadakı konsulluğuna hücumla bağlı İsrailə cavab verəcək, ancaq böyük müharibə gözlənilmir"

İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsraili hədələyib. İsrailin İranın Suriyadakı konsulluğuna hücumu ilə bağlı danışan Xamenei deyib ki, “İran İsraili bu və buna bənzər cinayətlərə görə peşman edəcək”.

Bölgədə yeni müharibə cəbhəsi açıla bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranla İsrail arasında yaxın Şərqdə çox isti müharibə gedir və İranın Suriyada konsulluğunda həyata keçirilən hərbi əməliyyatda İranın yüksək rütbəli zabitləri həlak olub. İran da öz qüvvələri ilə “husilərin” ilə Yəmən sahillərində İsrailə gedən gəmilərə qarşı əməliyyatlar həyata keçirir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Əlbəttə ki, İsraildə cavab tədbirləri həyata keçirməlidir. Qəzza zolağında gedən müharibədə, məhz “Həmas” İrandan da çox ciddi dəstək alır. Təbii ki, İran çalışacaq ki, öz qüvvələri ilə İsrailə zərbələr vursun. Amma bunun birbaşa İran İsrail müharibəsinə gətirib çıxaracağını düşünmürəm. Çünki bu kimi zərbələr çox olub və yalnız İran bəyanat verməklə, kiçik əməliyyat keçirməklə prosesi sonlandırır. ABŞ da İrana ciddi xəbərdarlıq edib”-deyən politoloq bildirib ki, İranın ali dini rəhbəri Xameneinin bu bəyanatı əlbəttə ki, daxili auditoriya üçün hesablanıb. Suriyadan İsrailin mövqelərinə qarşı hücumlar təşkil edilməsi də mümkündür.

“Hizbullah” vasitəsi ilə də İran İsrailin ərazilərinə raket ata bilər. Amma iki dövlət arasında geniş miqyaslı müharibənin olması İrana qarşı beynəlxalq koalisiyanın yaranmasına gətirib çıxara bilər. Böyük Britaniya, Avstraliya və digər Qərb ölkələrə ABŞ başda olmaqla, İrana qarşı mülkü hərbi əməliyyatlar keçirilə bilər. Ona görə də İran bunları çox yaxşı bilir. İsrail ərazisindən birbaşa İrana raket zərbələri endirməsi mümkün deyil.

“Eyni zamanda hazırkı mərhələdə İsrail İran ərazisinə zərbələr endirmir. Biz görürük ki, İran ərazisində hələ ötən illərdə İsrail hərbi əməliyyatlar keçirib, İranı vurub. Amma İranın cavab tədbirləri yalnız toksik qüvvələr vasitəsilə olub. Və birbaşa İsrailə qarşı hücum həyata keçirilməyib. İran bundan sonra da belə olacaq. Çünki yeni müharibə yaxın Şərqdə bir çox ölkələri, elə ərəb ölkələrini də ABŞ-ın dəstəyi ilə müharibəyə qoşa bilərlər. İran potensial olaraq öz ətrafında çəmbəri dağıtmaq istəmir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »