Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Cenevrə görüşü zamanı Putinlə Arktikada metan buraxılması problemini müzakirə etmişik"
Bayden: "Cenevrə görüşü zamanı Putinlə Arktikada metan buraxılması problemini müzakirə etmişik"

ABŞ prezidenti Co Bayden 2021-ci ildə Cenevrədə keçirilən görüşdə rusiyalı həmkarı Vladimir Putinlə Arktikaya metan buraxılması məsələsini müzakirə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Mən Cenevrədə seçiləndən sonra Putinlə görüşəndə ​​ona baxdım və o, necə bir şey etmək istədiyini danışmağa başladı. Metanla nə edəcəyini soruşdum. Mən ona dedim ki, sizin Arktika Dairəsində metan emissiyalarının olduğu səkkiz saat qurşağınız var”, - deyə Bayden Demokrat Partiyasının pul toplama tədbirindəki çıxışı zamanı qeyd edib.

ABŞ prezidenti həmçinin iddia edib ki, onun həmkarı, Rusiyanın dövət başçısı Putin "belə bir problem olduğunu bilir", lakin "bu barədə nə edə biləcəyini" bilmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »