Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə xarici agentlər haqqında qanuna etiraz aksiyası keçirilir
Tbilisidə xarici agentlər haqqında qanuna etiraz aksiyası keçirilir

“Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı minlərlə etirazçı Gürcüstan parlamentinin binası yaxınlığında toplaşıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat verib.

Etirazçılar parlament binasını insan zənciri ilə mühasirəyə alaraq qalmaqallı qanun layihəsinin səsvermədən geri götürülməsini tələb ediblər.

Axşam saat yeddiyə doğru etirazçılar Birinci Respublika Meydanına toplaşmağa başlayıblar. İki saat sonra onlar qanunverici orqana doğru yürüş etməyə başladılar. Aksiyada çoxlu məktəbli və tələbələr var. Parlament binasının arxa girişinə polis səfərbər edilib.

Bazar ertəsi, aprelin 29-da hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası öz tərəfdarlarının aksiyası – “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəstək məqsədilə Gürcüstan parlamentinin binası qarşısında ümummilli toplantı keçirəcəyini elan edib. Aksiyada partiyanın fəxri sədri və təsisçisi Bidzina İvanişvili iştirak edəcək. Hakim partiyanın planlaşdırdığı aksiyaya paralel olaraq müxalifət partiyaları və QHT-lər də Vake parkında mitinq keçirəcəklərini vəd ediblər.

Etirazçılar Rustaveli prospektində parlamentin əsas girişində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası tərəfdarlarının sabaha təyin edilmiş mitinq üçün nəzərdə tutulan qanunverici orqanın qarşısındakı ərazini tutmağa cəhd ediblər. Polis onlara bunu etməyə icazə verməyib, bundan sonra qarşıdurma yaranıb. Daxili İşlər Nazirliyinin əməkdaşları nümayişçilərə qarşı bibər qazından istifadə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »