Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nigeriyada qızılca epidemiyası yenidən şiddətlənib: 19 uşaq ölüb
Nigeriyada qızılca epidemiyası yenidən şiddətlənib: 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyasında 19 uşağın öldüyü bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib ki, Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlanıb: "Xəstəlik yenidən sürətlə yayılmağa başlayıb", - deyə o qeyd edib.

Tanqvami epidemiyadan 19 uşağın öldüyünü bildirib.

Bölgəyə təcili olaraq tibb personalı və dərmanların göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »