Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Mərkəzi Komandanlığı Qırmızı dəniz üzərində beş pilotsuz təyyarəni vurduğunu bildirib
ABŞ Mərkəzi Komandanlığı Qırmızı dəniz üzərində beş pilotsuz təyyarəni vurduğunu bildirib

Birləşmiş Ştatların ordusu bazar günü Qırmızı dəniz üzərində səmada beş pilotsuz uçuş aparatını (PUA) vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Aprelin 28-də Səna vaxtı ilə saat 01:48-dən 02:27-dək Mərkəzi Komandanlığın qüvvələri Qırmızı dəniz üzərində beş PUA-nı uğurla vurub”, - deyə komandanın "X" sosial platformasındakı səhifəsində dərc etdiyi mesajda bildirilir.

Mərkəzi Komandanlığın məlumatına görə, PUA-ların ABŞ, dəniz koalisiyasına və bölgədəki ticarət gəmiçiliyinə hücum etmək məqsədi ilə göndərildiyi bildirilib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra Yəmənin üsyançı hərəkatı Ənsar Allah (Husilər) bəyan edib ki, onların silahlı qüvvələri İsrail ərazisinə hücum edəcək və İsrailin anklavda hərbi əməliyyatı dayandırılana qədər bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb boğazından keçməsinə icazə verməyəcək. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Qadir, Bizimyol.ifo

Son xəbərlər
Bütün xəbərlər »