Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan fələstinli yazıçı beynəlxalq mükafat qazanıb
Həbsdə olan fələstinli yazıçı beynəlxalq mükafat qazanıb

Fələstinli məhbus yazıçı Bəsim Hendekçi "Göyün rəngində bir maska" romanı ilə ərəb dünyasının aparıcı ədəbi mükafatı olan "Ərəb Booker" kimi tanınan 17-ci Beynəlxalq Ərəb Romanı Mükafatını qazanıb.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq Ərəb Romanı Mükafatının saytında yer alan açıqlamada BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən tədbirdə qalibin elan edildiyi bildirilib.

Açıqlamada Hendekçinin kitabının 133 əsər arasından "2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər nəşr olunan ən yaxşı roman" seçildiyi bildirilib.

Qeyd edilib ki, Hendekçi adına mükafatı romanın nəşr olunduğu “Dar Əl-Ədəb” nəşriyyatının sahibi Rana İdris alıb.

Fələstin Məhbuslar Dərnəyinin verdiyi yazılı açıqlamada Hendekçinin 2 noyabr 2004-cü ildə işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində saxlanıldığı və 3 dəfə ömürlük həbs cəzasına məhkum edildiyi açıqlanıb.

Qeyd olunub ki, Hendekçi həbs olunmazdan əvvəl Nablusdakı En-Najah Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Açıqlamada Hendekçinin həbsdə olduğu müddətdə 2 şeir kitabı, çoxlu roman və 250 məqalə yazdığı, bəzi əsərlərinin fransız dilinə tərcümə edildiyi bildirilib. Bildirilib ki, roman Beynəlxalq Ərəb Romanı Mükafatına namizəd göstərildikdən sonra İsrail mediasında kitaba qarşı qarayaxma kampaniyası başlayıb.

Hendekçinin mükafatlı romanı Ramallahdakı qaçqın düşərgəsində yaşayan arxeoloq Nurun israillilərlə qarışması və arxeoloji qazıntılara qatılaraq İsrail paltarında tapdığı “mavi şəxsiyyət”lə yaşadıqlarından bəhs edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »