Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp irsiyyətə görə "Alzheimer" xəstəliyindən qorxur - "WP"
Tramp irsiyyətə görə "Alzheimer" xəstəliyindən qorxur - "WP"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp atası Fred Trampın əziyyət çəkdiyi "Alzheimer" xəstəsi ola biləcəyindən qorxur, lakin bu barədə ictimaiyyətə danışmır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" (WP) Tramp Təşkilatının adı açıqlanmayan keçmiş top-menecerinə istinadən yazıb.

"Donald Tramp, şübhəsiz, "Alzheimer"dən qorxur", - deyə o bildirib. Mənbə qeyd edib ki, bu mövzu keçmiş prezident üçün aktualdır, ona görə də o, Co Baydenin ölkə prezidenti vəzifəsini yerinə yetirmək qabiliyyətini daim şübhə altına alır. Nəşrin həmsöhbəti aydınlıq gətirib ki, Tramp bu qorxunu sona qədər açıq şəkildə etiraf etməyəcək.

Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trumpı məğlub etdiyi zamanda olduğu kimi, yenə də mübarizənin həmin iki rəqib namizəd arasında baş tutacağı proqnozlaşdırıla bilər.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »