Bayram günlərində sonsuz ziyafətlər mədə və iradə üçün əsl imtahana çevrilir. Cazibədarlıq inanılmaz dərəcədə böyük olur. Demək olar ki, masalar müxtəlif növ qeyri-adi yeməklərlə dolu olur. Şəkərbura, paxlava, bayram aşı, şirniyyatlar… Artıq çoxdan sübut olunub ki, çəki artımının ciddi səbəblərindən biri yuxusuzluq və yüksək stressdir. Bayram tətillərində çətin ki, stressdən tamamilə qurtula biləsiniz. Ancaq kifayət qədər yatmaqla və ya ən azı müntəzəm olaraq ruhunuzu dincəlmək üçün bir neçə saat tapmaqla, həddindən artıq yemək riskini əhəmiyyətli dərəcədə azaldacaqsınız.
Tətillərdə mütləq etməməli olduğunuz şey, ağır axşam ziyafətlərini gündüz ac qalmaqla kompensasiya etməyə çalışmaqdır. Ən yaxşı həll, gün ərzində həddindən artıq yemədən orta dərəcədə yemək olardı. Yemək hazırlayarkən saqqız çeynəmək, kökəlməyin qarşısını alır. Çünki bu zaman siz hazırlaya-hazırlaya yeməkdən yeyə bilmirsiniz. Saqqızı yerkökü və ya kərəviz çubuqları kimi təzə tərəvəz dilimləri ilə əvəz edilə bilər. Əsas odur ki, onlar həmişə əlinizdə olsun.
Qarşınızda aşıq bufet varsa və yeməklərin sayı başınızı fırladırsa, hər şeyi bir anda yeməyə çalışmayın. Diqqətinizi seçdiyiniz yeməyə yönəldin və ondan maksimum yararlanmağa çalışın. Yavaş-yavaş yeyin, hərtərəfli çeynəyin və tam dadından həzz alın.
Bayram masasında nə qədər qoz-fındıq yediyinizi və dayanmağın vaxtının olub-olmadığını izləmək qeyri-mümkün bir işə çevriləcək, buna görə də ümumiyyətlə qoz-fındıq yeməməyi əvvəlcədən planlaşdırın. Bayram günlərində qoz-fındıqlara yüklənməməlisiniz. Sonrakı günlərdə bu qida "eşq"iniz sizin üçün "ağır" nəticə gətirə bilər.
Sağlamlığına və formasına diqqət yetirməyə çalışan hər kəs üçün bu universal məsləhət, bayramlarda dəyişməz qaydaya çevrilir. Su və şəkərsiz içkilər yediyiniz miqdarı məhdudlaşdırmaq üçün əmin bir yoldur. Yeməkdən yarım saat əvvəl bir stəkan ilıq su için. Beləliklə, siz aclıq hissini kütləşdirəcək və orqanizmə həzm proseslərinin başlamasına kömək edəcəksiniz.
Pendir və kolbasa ilə zəngin xəmir məmulatları və yeməklər əvəzinə nahar süfrəsində həmişə doğranmış tərəvəz və meyvələrdən ibarət boşqabların olmasını təmin edin. Tərəvəzlərə xüsusi diqqət yetirilməlidir. Onlar liflə çox zəngindirlər.
İlahin, Bizimyol.info