Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt və lazer əsaslı sensorla mədə rahatsızlığının səbəbi "nəfəs"dən müəyyən ediləcək
Süni intellekt və lazer əsaslı sensorla mədə rahatsızlığının səbəbi "nəfəs"dən müəyyən ediləcək

İnsan nəfəsindəki molekulları analiz edərək mədə xəstəliklərinə diaqnoz qoya bilən süni intellekt və lazer əsaslı sensor hazırlanıb.

Bizimyol.info xəbər verir ki, Aksaray Universiteti (ASÜ) Mühəndislik Fakültəsi Elektrik-Elektron Mühəndisliyi Bölümü müəllimi, “Nəfəs Xəstəliklərinin Diaqnoz Sensor Layihəsi”ni hazırlayan Prof. Dr. Bayraklı "AA"ya 10 il Almaniyada magistr və doktorantura təhsili almışdığı lazer sistemləri üzərində çalışdığını söyləyib.

2009-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Aksaray Universitetində laboratoriya qurmağa başladığını açıqlayan Bayraklı bunları deyib: “Biz öz metodumuzu və sistemimizi dünyada baş verən elmi və texnoloji inkişaflardan asılı olaraq inkişaf etdiririk. Nəfəs analizi əslində məşhur bir üsuldur. Nəfəs alma ilə bağlı araşdırmalar illərdir aparılır. Tapılan həllər hələ də xəstəxanalarda rutin metod kimi istifadə oluna bilmir. Biz bu problemin həlli yollarına diqqət yetirdik və fərqli yanaşma ilə yeni nəsil lazer və süni intellektə əsaslanan sensor sistemi üzərində işlədik. Fərqli molekulları eyni vaxtda təhlil etməyi hədəfləyirik. Bizim inkişaf etdirdiyimiz süni intellekt və lazer əsaslı cihazdan, xəstənin nəfəsindəki çoxsaylı molekullardan mədə xərçəngi, xora, qastrit və diabet kimi mədə xəstəliklərinin diaqnostikasında istifadə edəcəyik”.

Süni intellektlə ilkin araşdırmalarının olduğunu ifadə edən Bayraklı: “Bu araşdırmalardan sonra biz sistemimizi daha da inkişaf etdirəcəyik və onu yığcam və portativ hala gətirəcəyik. Sistemimiz polis nəzarət-buraxılış məntəqələrində spirtli içkilərə nəzarət testinə bənzəyəcək. Sistem pasiyentimizin nəfəsini analiz edəcək”, - deyə bildirib.

Layihənin müəyyən mərhələyə çatdığını və bundan sonra məhsul yönümlü işlər aparacaqlarını ifadə edən Bayraklı, davamlı ölçmə təmin edə biləcək bir sistem hazırladıqlarını qeyd edib.

Bayraklı, süni intellektlə molekulların konsentrasiya dəyərlərini və xəstəlikləri analiz edəcəklərini söyləyib. Başlanğıcda sistemi mədə xəstəliyi olan 1000 xəstə və xəstə olmayan 1000 insan üzərində sınaqdan keçirəcəklərini bildirən Bayraklı: “Çünki süni intellektin təlim mərhələsi var. Əvvəlcə süni intellekti öyrədəcəyik, sonra ondan soruşacağıq. Bu tədris mərhələsində 1000-dən çox müxtəlif məlumatdan istifadə edəcəyik. Daha sonra süni intellektə müraciət etsək, həm molekulun konsentrasiya dəyəri, həm də hansı molekulun hansı xəstəliklə əlaqəli olduğu barədə ilkin məlumat verəcək. Bununla da sistemimiz həkimə ilkin diaqnoz qoymağa yarım edə biləcək. Məqsədimiz qan alma və endoskopiya prosedurları kimi ağrılı, zəhmət tələb edən və bahalı üsulları daha ucuz, xəstəyə böyük rahatlıq verən lazer üsulu ilə əvəz etməkdir”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »