Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahunun partiyasından ABŞ senatorunun “İsraildə seçkilər keçirilsin” açıqlamasına reaksiya
Netanyahunun partiyasından ABŞ senatorunun “İsraildə seçkilər keçirilsin” açıqlamasına reaksiya

Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası ABŞ senatoru Çak Şumerin “İsraildə seçkilər keçirilməlidir” sözlərinə cavab olaraq deyib: “İsrail banan respublikası deyil, Netanyahunu baş nazir seçmiş müstəqil və qürurlu bir demokratiyadır”.

Bizimyol.info xəbər verir ki, “The Times of Israel”in verdiyi məlumata görə, Likud Partiyasından verilən açıqlamada ABŞ Senatında çoxluq lideri Demokrat Şumerin sözlərinə sərt reaksiya verilib.

Bəyanatda baş nazir Netanyahunun xalqın əksəriyyətinin dəstəklədiyi qətiyyətli siyasət yürütdüyü iddia edilib. “İsrail banan respublikası deyil, Netanyahunu baş nazir seçmiş müstəqil və qürurlu bir demokratiyadır”, - deyə bəyanatda qeyd edilib.

Bəyanatda, Şumerin sözlərinin əksinə olaraq, İsrail xalqının HƏMAS-a qarşı qəti qələbəni dəstəklədiyi və “Fələstin terror dövlətinin yaradılması ilə bağlı hər hansı beynəlxalq göstərişi” rədd etdiyi iddia edilib: “Senator Şumerdən İsrailin seçilmiş hökumətinə hörmət etməsi və onu sarsıtmağa çalışmayacağı gözlənilir. Bu, həmişə belədir, lakin müharibə dövründə daha da doğrudur”, - deyə bildirilib.

İsrailin Müharibə Nazirlər Kabinetinin üzvü Benni Qantz da "X" sosial media platformasında Şumerin İsraildə erkən seçkilərlə bağlı çağırışlarına cavab verib: "ABŞ Senatının çoxluğunun lideri Çak Şumer İsrailin dostudur və bu günlərdə də bizə çox kömək edir", - deyən Gantz ABŞ senatorunun bəyanatlarında “səhv etdiyini” bildirib.

İsraildə güclü bir demokratiya olduğunu və ölkənin gələcəyini yalnız vətəndaşlarının təyin edəcəyini müdafiə edən Gantz: "Bu mövzuda hər hansı bir xarici müdaxilə səhv və qəbuledilməzdir", - deyib.

ABŞ Senatında çoxluq lideri Demokrat Çak Şumer, Senatdakı çıxışında Netanyahunun 7 oktyabrdan sonra prosesi səhv idarə etdiyini vurğulayıb: “Bu kritik məqamda hesab edirəm ki, yeni seçkilər İsrailin gələcəyi ilə bağlı sağlam və açıq qərarların qəbulu prosesinin yeganə yoludur”, - deyib.

ABŞ-da ən yüksək rəsmi vəzifəyə seçilmiş yəhudi olaraq xarakterizə edilən Şumer çıxışında həmişə İsrailin dostu olduğunu və İsrailin xeyrinə olan şeyləri gündəmə gətirdiyini bildirib. Şumer, Netanyahu administrasiyasının 7 oktyabrdan sonra bir çox səhvlərə yol verdiyini və Müharibə Kabinetinin vəziyyətini yaxşı idarə edə bilmədiklərini vurğulayıb.

ABŞ senatoru: “Baş nazir Netanyahu öz siyasi xilasını İsrailin maraqlarından üstün tutaraq yolunu azıb. O, Ben-Qvir və Smotriç kimi sağçı ekstremistlərlə koalisiyaya daxil olub və nəticədə Qəzzada dinc əhalinin itkisinə dözməyə çox meylli olub. Bu vəziyyət İsrailə bütün dünyada dəstəyi tarixin ən aşağı səviyyəsinə endirib”, - deyə qeyd edib.

Netanyahunun məhkəmə islahatlarında da uğursuzluğa düçar olduğunu qeyd edən Şumer: “İsrail firona çevrilsə, yaşaya bilməz. Ömrü boyu İsraili dəstəkləyən biri kimi deyirəm ki, Netanyahu koalisiyası artıq 7 oktyabrdan sonra İsrailin ehtiyaclarını ödəmir”, - deyib. Qəzzaya edilən hücumlarla dünyanın məsələyə baxışının ciddi şəkildə dəyişdiyini ifadə edən Şumer, İsrail xalqının “keçmişdə ilişib qalan” Netanyahu hökumətinin hərəkətlərinə görə “boğulduğunu” ifadə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »