Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin Papaya “ağ bayraq” reaksiyası
Zelenskinin Papaya “ağ bayraq” reaksiyası

Katoliklərin dini lideri və Vatikanın rəhbəri Papa Fransisk onun adını açıq şəkildə çəkməsə də, onun Ukraynaya “ağ bayraq” qaldırıb Moskva ilə danışıqlar masasına oturmaq çağırışına Ukraynadan və Qərb dünyasından reaksiyalar davam edir.

Bizimyol.info xəbər verie ki, ötən gün açıqlama verən Ukrayna lideri Vladimir Zelenski: "Kilsə 2500 kilometr uzaqdan yaşamaq istəyənlərlə xalqla məhv etmək istəyənlər arasında virtual vasitəçi olmağa çalışmamalı və günahsız xalqın yanında olmalıdır" deyib. Zelenski həmçinin bildirib ki, “əllərində mavi və sarı Ukrayna bayrağı olan ukraynalılar Rusiya ordusunun Avropaya doğru irəliləməsinə imkan vermir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Papanın sözlərinə reaksiya verib: “Bizim bayrağımız sarı və mavidir. Uğrunda yaşadığımız, öləcəyimiz və qalib gəldiyimiz bayraq budur. Biz başqa rəngli bayraq qaldırmayacağıq”, - deyib.

Almaniyanın xarici işlər naziri Annalena Burbok da Papanın sözlərinə cavab verib. Papanın sözlərini “anlamadığını” bildirən Burbok Rusiyanın Ukraynada törətdiyi dağıntıları anlamaq üçün Papa Fransiskə bu ölkəyə getməyi tövsiyə edib. Müharibədən zərər çəkmiş ukraynalı uşaqlara toxunan alman nazir: "Özümə sual verirəm: Papa haradadır? Axı o, bütün bunları bilməlidir", - deyib.

Reaksiyalara cavab olaraq Vatikanın Mətbuat Ofisinin direktoru Matteo Bruni açıqlama verərək, Papa Fransisin "təslim olmağa çağırmadığını" və "qalıcı sülh üçün diplomatik həllin tərəfdarı olduğunu" bildirib.

Papanın açıqlamaları Rusiyada müsbət qarşılanıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Məncə, Papa Qərbdən öz ambisiyalarından əl çəkməsini və səhv etdiyini etiraf etməyi xahiş edir”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »