Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayramqabağı bahalaşma nəzarətə götürülməlidir”
Fərəc Quliyev: “Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır”

Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib ki, adətən, bayramqabağı bazarlarda qiymət artımı olur, sonradan isə bu qiymətlər ucuzlaşımır. Bizim Yol-un xəbərinə görə deputat qarşıdan Novruz bayramı gəldiyini deyəərk, bayramqabağı bahalaşma nəzarətə götürülməli olduğunu vurğulayıb.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda, ucuzlaşma əvəzinə bahalaşma olması absurd olduğunu deyən F.Quliyev müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməyə çağırıb: “Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »