Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanla siyasi münasibətini Ermənistan üçün "qurban" verən Fransanın açıqlamaları önəm daşımır"
"Azərbaycanla siyasi münasibətini Ermənistan üçün "qurban" verən Fransanın açıqlamaları önəm daşımır"

“Fransanın Ermənistandakı səfiri bütün məntiq və ədalət hissini itirmiş adamdır. Ümumiyyətlə, Fransanın bu gün dünyadakı konsullarının diplomatik etiket normalarının demək olar ki, xəbərləri yoxdur. Belə olduğu üçün ağızlarına gələn hər şeyi danışmaqla məşğuldurlar”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Politoloq hesab edir ki, Fransa səfirinin Ermənistan cəmiyyətinə xoş gəlmək üçün boğazdan yuxarı uydurma açıqlamaları bizim artıq öyrəşdiyimiz bir məqamdır.

Tural İsmayılov Tural İsmayılov

“Xüsusi olaraq, Fransa səfirliyinin açıqlamalarına Azərbaycan dövlət səviyyəsində niyə diqqət ayırmalıdır ki? Onsuz da Fransanın mahiyyəti bəllidir, Fransa-Ermənistan "bacı"lığının xarakteri ortadadır. Belə olan təqdirdə, Fransanın dünyanın hansısa bir ölkəsindəki diplomatından verilən hansısa fikirlərə Azərbaycan rəsmi səviyyədə reaksiya verməməlidir”-deyən politoloq bildirib ki, Azərbaycan-Fransa münasibətləri bu gün tarixdə ən yaralanmış vəziyyətindədir. Bunun da günahkarı, Fransadır. Düzdür, Fransada ənənəvi erməni lobbisi həmişə öz işini görüb. Fransa Cənubi Qafqaz regionuna yanaşmada nəinki Azərbaycana, Gürcüstana qarşı da haqsızlıq edib. Hər zaman Ermənistandan vasitə kimi istifadə etməyə çalışıb. Özəlliklə Paşinyanın hakimiyyətə gəlişi və Fransadan Makronun hökumət olmasından sonra Fransa-Azərbaycan münasibətləri daha da gərgin və dalana dirənmiş vəziyyətdədir. Bu da Fransada Makron hakimiyyətinin həm daxili, həm də xarici siyasətdəki uğursuzluqlarının növbəti nümunəsidir.

“Ümumiyyətlə, Fransanın Avropa İttifaqının daxilində hansısa bir ölkə ilə normal münasibətləri qalıbmı ki, Azərbaycan və yaxud da Türkiyə ilə də Makron hökuməti münasibətləri normallaşdıra bilsin?”-deyən politoloq hesab edir ki, Fransa-Azərbaycan münasibətlərindəki neqativ tendensiya hələ də düzələcək kimi görünmür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »