Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suren Papikyan İranın Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
Suren Papikyan İranın Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Dünən Ermənistanın müdafiə naziri Suren Papikyan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri ilə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Papikyan İran Müdafiə Nazirliyinin rəhbəri, briqada generalı Məhəmməd Rza Karai Aştiani ilə müdafiə sektorunda əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Nazirlər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olunması ilə bağlı mövqelərini təsdiqləyiblər. Görüş barədə ətraflı məlumat verilməsə də, qarşılıqlı maraq doğuran məsələlər üzrə bir sıra razılaşmalar əldə olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri martın 6-da İranda rəsmi səfərdə olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »