Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Antalyada görüşlər keçirib
Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Antalyada görüşlər keçirib

Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Antalya Diplomatik Forumunda iştirak etdiyi Türkiyədə beynəlxalq görüşlər keçirib.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ərtoğruloğlu Burkina Faso xarici işlər naziri Karamoko Jean Marie Traore ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması və Burkina Fasodan olan tələbələrin ŞKTC universitetlərində təhsil alanların sayının artırılması məsələləri müzakirə olunub. Ertuğruloğlu Kipr məsələsi ilə bağlı son hadisələri də Traoreyə çatdırıb. Xarici işlər naziri Ərtoğruloğlu daha sonra Cənubi Sudan xarici işlər naziri Ceyms Pitia Morqan ilə görüşüb. Görüşdə Kipr məsələsi müzakirə edilib, dəyərləndirmələr aparılıb.

Nazir Ərtoğruloğlu bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Antalya Diplomatik Forması çərçivəsində keçirilən təmaslar çərçivəsində bir araya gələn iki nazir dost və qardaş ölkələr olan ŞKTC ilə Azərbaycan arasında hər sahədə güclənən əlaqələri dəyərləndiriblər. Nazir Ərtoğruloğlu həmkarına Kipr məsələsində Azərbaycanın Kipr türk xalqına verdiyi dəstəyə görə təşəkkür edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »