Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aludəçi olduğunu gizlətmək yox, reabilitasiya mərkəzindən dəstək almaq lazımdır" - Video
"Aludəçi olduğunu gizlətmək yox, reabilitasiya mərkəzindən dəstək almaq lazımdır" - Video

“İnsanları maarifləndirmək olduqca vacibdir. Çünki hər bir narkotik vasitə istifadəçisi potensial təhlükə mənbəyidir”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı panel sessiyasında deyib.

Elşad Hacıyev Elşad Hacıyev

“Həmin şəxsləri yenidən cəmiyyətə qazandırmaq olar. Əvvəllər övladı narkotik vasitə istifadə edən ailələr bunu gizlətməyə çalışırdılar. Artıq hər kəs dərk edir ki, gizlətmək aludəçinin sonu üçün yaxşı deyil. Bu səbəbdən reabilitasiya mərkəzlərinin və həmin mərkəzlərə müraciət edənlərin sayı artıb. Bu artım bloqerlərin və tanınmış şəxslərin mərkəzləri reklam etməsi ilə də bağlıdır”,- deyə Elşad Hacıyev bildirib.

Elşad Hacıyev əlavə edib ki, son dörd ayda narkotiklə bağlı 3585 fakt aşkarlanıb, 1585 nəfər məsuliyyətə cəlb olunub. Onun sözlərinə görə, dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi 304 kiloqramdır, 581 kq isə müxtəlif narkotik vasitələrdir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »