Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Yəməndə Husilərə “yer-hava” tipli raket zərbəsi endirib
ABŞ Yəməndə Husilərə “yer-hava” tipli raket zərbəsi endirib

ABŞ Yəməndəki Ənsar Allah hərəkatının husi üsyançılarına məxsus yer-hava raketini vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Martın 1-də saat 12:40 radələrində Mərkəzi Komandanlıq qüvvələri atılmağa hazırlanan “yer-hava” tipli raketlərdən birinə özünümüdafiə məqsədilə zərbə endirib”, - deyə komandanlığın "X" (keçmiş "Twitter") sosial şəbəkə platformasındakı səhifəsində dərc edilmiş bəyanatda qeyd edilib.

Komandanlıq həmçinin qeyd edir ki, husilər saat 22:46-da Yəməndən Qırmızı dənizə doğru bir gəmi əleyhinə ballistik raket atıblar. Raketin fədəfi olan ərazidə heç bir gəmiyə ziyan dəyməyib.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı bəyan edib ki, İsrail ərazisinə hücumlar həyata keçirəcək və Fələstin anklavında əməliyyat dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz sularından və Bab əl-Məndeb boğazından keçməsinə icazə verməyəcək. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. Buna qarşılıq olaraq ABŞ və Böyük Britaniya koalisiya yaradaraq radikal qrupun terror hücumlarının qarşısını almaq üçün əraziyə hərbi dəniz qüvvələri yerləşdiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »