Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre Xocalı faciəsi şəhidlərinin xatirəsini yad edib
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre Xocalı faciəsi şəhidlərinin xatirəsini yad edib

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Zorlu Töre 1992-ci il fevralın 26-da Qarabağ bölgəsinin Xocalı şəhərində erməni əsgərlərinin törətdiyi qırğınların ildönümü ilə əlaqədar müraciət dərc edib.

Bizimyol.info xəbər verir ki, bu barədə məclisdən verilən məlumatda dildirilir.

Müstəqil Azərbaycanın tarix boyu böyük mübarizələr apardığını xatırladan prezident Töre bildirib ki, düz 106 il əvvəl Nuri Killigil Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıya daxil olub və Azərbaycanın müstəqilliyini qazanıb.

Töre bildirib ki, Türk ordusunun çıxarılmasından sonra Azərbaycan imperialist dövlət olan Sovet Sosialist Respublikaları İttifaqının nəzarəti altına keçib: “Azərbaycanlı soydaşlarımız müstəqilliklərini əldə edənə qədər türk kimliklərindən güzəştə getmədilər”, - deyə qeyd edib.

Törə: “Bu “Qara şənbəni, ya da 20 Yanvar fəlakətini” həzm edə bilməyən dövrün Qızıl Ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakıya daxil olaraq böyük bir qırğın törətdilər.

Töre: “Azərbaycan türklərinin qəlbində daim təzə qalan və tarixə “Qanlı Yanvar” adı ilə yazılan qətliam 70 illik sovet əsarətindən sonra müstəqilliyin əldə edilməsində mühüm dönüş nöqtəsi oldu və həmin gecə 130 dinc sakin həyatını itirdi”, - deyib. Töre bildirib ki, 1992-ci il fevralın 26-da Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində Azərbaycan türklərinin məruz qaldığı soyqırım baş verib və 630 günahsız dinc sakin qətlə yetirilib.

Müasir dünyanın bu gün Qəzzada baş verən analoji qırğına səssiz qaldığını bildirən Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Kipr Türk xalqının da oxşar ağrılar çəkdiyini qeyd edib. Ana vətən Türkiyənin qarantiyasının onlar üçün həyati əhəmiyyət daşıdığını vurğulayan Töre, bu nöqtədən geri çəkilmələrinin mümkün olmadığını bir daha vurğulayıb. Töre mesajının sonunda bütün şəhidlərə, xüsusilə də Xocalı Soyqırımında şəhid olanlara rəhmət diləyib, veteranlara sağlamlıq arzulayıb və təşəkkürünü bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »