İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Qəzza zolağının cənubundakı Rəfah şəhəri ilə bağlı fəaliyyət planını, o cümlədən mülki əhalinin ərazidən çıxarılmasını hökumətin təsdiqinə təqdim edəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Netanyahu "X" (keçmiş "Twitter") sosial platformasındakı səhifəsində yazıb.
“Yaxın günlərdə mən Nazirlər Kabinetini çağıracağam ki, Rəfahın əməliyyat ilə bağlı planları, o cümlədən mülki əhalinin oradan təxliyəsini təsdiq etsin”, - deyə İsrailin baş naziri qeyd edib.
“Biz girovların azad edilməsi, eləcə də Rəfahda Həmas batalyonlarının ləğvi ilə bağlı başqa bir razılaşma üzərində işləyirik. Sənədin qəbil edilməsindən sonra münaqişədə əhəmiyyətli dəyişikliklər ola bilər”, - deyə Netanyahu əlavə edib.
Fevralın 9-da Netanyahunun ofisi elan edib ki, o, hərbçilərə dinc sakinlərin təxliyyəsi və Rəfahda radikal Həmas hərəkatının qalan dörd batalyonunun ləğvi üçün plan hazırlamağı tapşırıb. İsrailin Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantz fevralın 18-də bildirib ki, əgər radikallar tərəfindən saxlanılan girovlar martın ilk ongünlüyünün sonuna qədər azad edilməsə, İsrail Qəzza zolağında hərbi əməliyyatını Rəfaha qədər genişləndirəcək.
Qadir, Bizimyol.info