Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: Amerikalılar immiqrantlardan siyasi məqsədlər üçün istifadə etdildiyini anlayacaqlar
Mask: Amerikalılar immiqrantlardan siyasi məqsədlər üçün istifadə etdildiyini anlayacaqlar

İlon Mask ümidvar olduğunu bildirib ki, Amerika ictimaiyyəti tezliklə başa düşəcək ki, ABŞ prezidenti Co Bayden administrasiyası öz siyasi məqsədləri üçün qeyri-qanuni miqrasiyaya göz yumur.

Bizimyol.info xəbər verir ki, bu barədə Mask "X" (əvvəllər "Twitter") sosial platforma səhifəsində qeyd edib.

"Ümid edirəm ki, ictimaiyyət bunu dərk edəcək", - deyə o, qanunsuz miqrantlarla bağlı vəziyyətin əvvəlcə planlaşdırıldığını yazan platforma istifadəçilərindən birinin paylaşımını belə şərh edib.

"Bu, əslində dəlilikdir və bu belə olmamalıdır. Ölkənin maraqlarını şəxsin qələbəsinə qurban vermək olmaz. Bayden və onun komandası prezident seçkiləri ərəfəsində bir çox əyalətlərdə mühafizəkar seçiciləri əvəz etmək üçün kifayət qədər qeyri-qanuni immiqrantlar idxal edir", - deyə Mask münasibət bildirib.

Qeyd edək ki, amerikalı jurnalist Taker Karlson da bundan əvvəl qeyri-qanuni miqrasiyanın ABŞ üçün dağıdıcı nəticələrindən danışmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »