Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda bir qrup Armavir-Gümrü avtomobil yolunu bağlayıb
Ermənistanda bir qrup Armavir-Gümrü avtomobil yolunu bağlayıb

Səhər Ermənistanda bir qrup müxalifət fəalı ağır texnika və avtomobillərin köməyi ilə Armavir şəhərindən Gümrüyə gedən magistral yolu bağlayıb və dörd kəndin Bakıya qaytarılmasını nəzərdə tutan Azərbaycanla birtərəfli delimitasiya və demarkasiyaya son qoyulmasını tələb edib.

Bizimyol.info xəbər verir ki, aksiya yerli erməni xəbər portalları tərəfindən yayımlanıb.

“Biz Ermənistanın baş naziri Nikoldan Paşinyandan Ermənistan "ərazilərini" Azərbaycana təslim etməyi dayandırmağı tələb edirik, o, satqındır, vətənimizə xəyanət edib”, - deyə aksiya iştirakçıları şüarlar səsləndiriblər.

Daha sonra hadisə yerinə polis və müxalifət deputatları gəlib. Bir neçə dəqiqə davam edən danışıqlardan sonra polis avtomobilləri və ağır texnikanı yoldan çıxarıb və hərəkət bərpa olunub.

Azərbaycanla delimitasiya elan edildikdən sonra Ermənistanda etirazlar artıb. Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun Kirants kəndi ərazisindəki hissəsi hələ də bağlıdır və burada sərhədin demarkasiyası işləri davam edir.

Aprelin 19-da Ermənistan və Azərbaycanın müvafiq komissiyaları bir sıra ərazilərdə sərhədin delimitasiyası ilə bağlı ilkin razılığın əldə olunduğunu elan ediblər. Əslində bu, Azərbaycanın ərazisi olmuş, 1990-cı illərdən isə İrəvanın işğalına məruz qalmış dörd kəndin Bakının nəzarətinə verilməsi deməkdir. Azərbaycan əvvəlcə bu kəndlərin verilməsində təkid edirdi. Baş nazir Nikol Paşinyan delimitasiya prosesinə bu ərazidən başlamağa razılaşıb. Ermənistan müxalifəti baş naziri Azərbaycana birtərəfli güzəştlərdə ittiham edir və bu qərarı qəbuledilməz hesab etdiyini bəyan edib.

Qadir, Bizimyol.info

Qeyd: Hadisələrin hər saniyəsini diqqətlə izləyən və yayan Rusiya mətbuatı şimal qonşumuzun bu məsələdə də həddindən artıq maraqlı olduğunu göstərir. Kremilin diqqət mərkəzində oln məsələ təkcə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən geri qaytarılması ilə iki ölkə arasında gözlənilən sulh müqaviləsinə yaxınlaşmanın qısqanclığı deyil, həm də bundan istifadə edərək ona itaət etməyən Paşinyanı zəiflətmək istəyidir. İki ölkənin konsensusa gəlməsində maraqlı olmayan Moskva hər cəhdlə sabitləşən vəziyyəti yenidən dramatikləşdirməyə çalışdığı açıq şəkildə görünür.

Son xəbərlər
Bütün xəbərlər »