Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya indi də milli himninin sözlərini dəyişib
Şimali Koreya indi də milli himninin sözlərini dəyişib

Cənubi Koreya ilə müharibə astanasında olan Şimali Koreya dövlət himninin sözlərini dəyişib. Koreyada istifadə edilən ölçü vahidindən istifadə edilərək yazılan və bütün Koreya yarımadasına aid olan “Mənim gözəl vətənim üç min ri” ifadəsi himndən çıxarılaraq “Dünyada mənim gözəl vətənim” ifadəsi ilə əvəz edilib.

Bizimyol.info xəbər verir ki, dəyişiklik Kim Çen Inın Cənubi Koreya ilə birləşmək məqsədindən əl çəkmə siyasətinin əlaməti kimi şərh edilib.

Şimali Koreyanın ardıcıl raket sınaqları, eləcə də ABŞ-la Cənubi Koreyanın birgə həyata keçirdiyi təlimlər Koreya yarımadası və ətrafında son aylarda gərginliyin artmasına səbəb olub. Keçən ilin sonunda Cənubi Koreya ilə birləşmək məqsədlərindən əl çəkdiklərini açıqlayan Kim, Pxenyan və Seul arasındakı münasibətləri "iki düşmən dövlət" arasındakı münasibətlər olaraq qəbul edilməsini istəyib.

Kim Çen In daha əvvəl Şimali Koreyada əhalisinə Cənubi Koreya barədə "qardaş xalq", "eyni dövlət", "Koyeranın birləşməsi" və s. kimi ifadələrdən istifadə etməyi qadağan etmişdi.

Son olaraq Kim Seulun dünən qəbul etdiyi dəniz sərhədi olan “şimal sərhəd xəttini” tanımadıqlarını bildirib: “Düşmən tərəfimizdən tanınan dəniz sərhədinə daxil olduqda, bunu Şimali Koreyanın suverenliyinin pozulması və silahlı təxribat hesab edəcəyik”, - deyə Koreya Xalq Deomkratik Respublikasının lideri bildirib.

Cənubi Koreya ordusundan verilən açıqlamada Kimin tanımaqdan imtina etdiyi və güclə müdafiə edəcəyinə söz verdiyi de-fakto dəniz sərhədinin “qətiyyətlə müdafiə ediləcəyi” bildirilib. Hadisələrin inkişafı regionda hərbi münaqişə ilə bağlı narahatlıqları artırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »