Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Siyasətə qarışmıram"... "Instagram" artıq siz istəmədikcə, "siyasi" məzmun göstərməyəcək
"Siyasətə qarışmıram"... "Instagram" artıq siz istəmədikcə, "siyasi" məzmun göstərməyəcək

Tezliklə həyata keçiriləcək dəyişikliklə "Instagram" artıq siyasi məzmun tövsiyələrini göstərməyəcək.

Bizimyol.info xəbər verir ki, bununla belə, bu parametrlərdə dəyişdirilə bilər və izlədiyiniz hesablar siyasi paylaşımlar edərsə, onları görməyə davam edəcəksiniz.

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Meta", keçmişdə "Cambridge Analytica" kimi qlobal qalmaqala qarışsa da, "Instagram"ı apolitik platforma kimi saxlamağa xüsusi əhəmiyyət verir. Lakin seçkilər, müharibələr və yaranan ictimai hərəkatlar istər-istəməz "Facebook" və "Instagram"ın siyasətin müzakirə olunduğu məkana çevrilməsinə səbəb olur.

"Instagram"ın müdiri Adam Mosseri açıqlamasında "Meta"nın alqoritmini ən azı siyasətdən kənar qalmaq istəyən istifadəçilər üçün redaktə edəcəyini paylaşıb. Mosserinin sözlərinə görə, "Instagram" və onun törəmə tətbiqi "Threads" istifadəçilərin yeni məzmun kəşf etdiyi "Explore tab" və ya "Reels" kimi sahələrdə siyasi məzmunu daha tövsiyə etməyəcək.

Sosial məsələlərlə bağlı paylaşımlar da “siyasi” sayılacaq

Qeyd etməliyik ki, bu dəyişiklik "Instagram" və "Threads"ı siyasi məzmundan tamamilə təmizləməyəcək. Siyasi yazılarla süni hesabları izləyirsinizsə, bu hesabların yazılarını görməyə davam edəcəksiniz. Bundan əlavə, siyasi məzmun tövsiyələrini görməyə davam etmək istəyənlər Parametrlər menyusunda müvafiq seçimi aktivləşdirərək siyasi məzmunlu tövsiyələr ala biləcəklər.

Bəs İnstaqrama görə "siyasi məzmun" nə deməkdir?

Mosseri siyasi məzmun kimi əsasən hökumət, seçkilər, qanunlar və sosial məsələlərin müzakirə ediləcəyini desə də, “siyasi məzmun” ifadəsinin mürəkkəb və dinamik məna daşıdığını bildikləri üçün bu tərifi istifadəçi rəyi ilə yeniləyəcəklərini deyirlər. Bu dəyişikliklər bir neçə həftə ərzində qüvvəyə minəcək.

"Meta" insanların sosial məsələləri müzakirə etməsinə mane olmaq istəyir?

Sözügedən yeniləmə "Meta"nın istifadəçilərin sosial məsələləri müzakirə etməsinə mane olmaq üsulu kimi şərh edilib. Əgər belədirsə, deyə bilərik ki, bu səy "Instagram"ın "dünyaya çəhrayı işıqda göstərmək" siyasətinə uyğundur. Lakin dünyanın demək olar ki, bütün problemlərinin müzakirə olunduğu "X" ilə rəqabət aparmaq istəyən "Threads"ın siyasi məzmundan təmizlənməyə çalışması bir qədər ironik görünür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »