Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hillari Klintonun çıxışı universitet tələbələri tərəfindən etirazla qarşılanıb
Hillari Klintonun çıxışı universitet tələbələri tərəfindən etirazla qarşılanıb

Kolumbiya Universitetinin təşkil etdiyi paneldə Qəzzada atəşkəs və Fələstinə azadlıq tələb edən nümayişçilər ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona etiraz ediblər.

Bizimyol.info xəbər verir ki, kampusu Nyu-Yorkda olan Kolumbiya Universitetində Qlobal Siyasətlər İnstitutunun panelinə qatılan Klinton kürsüyə çıxan kimi "Azad Fələstin" şüarları ilə susdurulub.

Qadın siyasətçinin “müharibə cinayətkarlarını dəstəklədiyinə görə” universitet mühitində danışmağa haqqı olmadığını iddia edən fəal tələbə qrupu replika və şüarları ilə Klintonun danışmasına mane olublar. Digər nümayişçi isə Klintonun Xarici İşlər Naziri olduğu vaxta toxunaraq Yəmən, Liviya, İraq, Suriya və ABŞ xalqları adından etiraz etdiyini bildirib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bir məktəb rəsmisi aksiya iştirakçılarını məktəb qaydalarına zidd hərəkət etməkdə günahlandıraraq “Sizin getməyinizi istəyirəm, indi nümayəndələr sizi binadan müşayiət edəcək” deyib.

İlk etirazdan sonra yenidən danışmağa başlayan Klintonun çıxışı bu dəfə “müharibə cinayətkarı” şüarları ilə kəsilib. Bundan sonra, “Münaqişə ilə əlaqəli cinsi zorakılığın qarşısının alınması və həlli” adlı panelə dəvət edilən ABŞ-ın BMT-dəki (BMT) daimi nümayəndəsi Linda Tomas-Qrinfildin çıxışı “Azad Fələstin” şüarları ilə kəsilib.

Panel bir müddət dayandırılarkən, etiraz edən tələbələr məktəb mühafizəsi tərəfindən zaldan çıxarılıb.

Hillari Klinton daha əvvəl 2023-cü il oktyabrın 7-də Kolumbiya Universitetində iştirak etdiyi konfransda israilli qadınların HƏMAS tərəfindən "cinsi təcavüzə məruz qaldığını" iddia edərək etiraz etmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »