Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Trampın namizədliyinə gülənləri sonda Tramp "güldürdü", Brexit hadisəsində də oxşarlıq var" - Video
"Trampın namizədliyinə gülənləri sonda Tramp "güldürdü", Brexit hadisəsində də oxşarlıq var" - Video

“2016-cı il seçkilərindən əvvəl bütün anket şirkətləri böyük fərqlə Klintonun qazanacağını deyirdi. Mən o zamanlar tədqiqat mərkəzində işləyərkən, prosesləri təqib edirdik və Trampın qazanacağını deyən tək mən idim. Çünki, heç vaxt anketlər və statistikalar tamamilə doğrunu deməz. Trampın gəlişində belə bir şey var idi ki, ABŞ-da Detroit kimi ağır sənaye şəhərlərinə çox böyük bir önəm verildi. Dedilər ki, "biz bütün sənayeni Amerikaya geri gətirəcəyik". Çox utopik bir şeydir, amma oradakı insanların "damar"ına toxuna bildi”.

Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloqun sözlərinə görə, Trampa qarşı ən geniş yayılmış arqument budur ki, "bu adam irqçidir, bu adam əcnəbi düşmənidir". Florida və Texasda, xüsusilə getdiyi yerlərdə qaradərili namizədi ön plana çıxırdı. Kanye Vest, seçki ərəfəsində Tramp papaqları ilə gəzdi və onu dəstəklədi.

Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın

“Trampın arqumentləri, xüsusilə, amerikan orta sinifində, yəni, ən çox səs verməyə gedənlərdə çox böyük bir lütf gətirmiş və qazanmışdır. İnsanlar "Tramp qazanacaq" deyənlərə gülürdü. Tramp sonra hər kəsi "güldürdü".

Eyni hadisə Brexit-də də oldu. Brexit-dən əvvəl bu var idi, Şotlandiya azadlıq referendumu oldu. Şotlandiya azadlıq referendumunda James Cameron televiziyaya çıxıb bu vədi verdi: “Biz iş başında ikən Türkiyənin Avropa Birliyinə girməsi mümkün deyil. Sizə qarantiya veririk ki, Brexit-də hər işi görəcəyik, Avropa Birliyində qalacağıq. Şotlandiya əgər sən, Birləmiş Krallıqdan ayrılsan, bütün qazanclarından məhrum qalacaqsan. Avropa birliyindən də, ticarət bölgəsindən də ayrılacaqsan. Bunlar üçün yenidən çalışmalı olacaqsan. Bizim bankımızdan da ayrılacaqsan”, deyə təhdid etdilər. Və şotlandlar Birləmiş Krallıqda qaldı. 9 ay sonra Brexit-də də hər kəs Böyük Britaniyaya qarşı bu arqument üzərindən çalışdı. Əslində, Avropa Birliyi Birləşmiş Krallığın bir yerdə qalması üçün bir motivasiya qaynağıdır. İrlandiya ilə olan problemlərə də Avropa Birliyi biraz da olsa qatqı verdi deyə, bunun üzərindən irəlilədidilər. O vaxt da hər kəs Brexitdə "Britaniya Avropa Birliyində qalacaq" dedi, amma, mən "Brexitdən ayrılacaq" dedim. Səbəbi bu idi, son reportajları izləyirdik. Birinə rast gəldim ki, bir polşalı-ingilis dönərçidən soruşdular ki, nəyə səs verəcəksən? Dedi ki, "çıxmaq üçün səs verəcəm". "Niyə?" deyə soruşdular. Dedi ki, "bu pakistanlı mənimlə eyni haqlara sahib olan Birləşmiş Krallıq vətəndaşıdır, ancaq mən artıq işimdən gəlir əldə edə bilməyəcək hala gəldim. Səbəbi də budur ki, buraya gələn Çexiya, Sloveniya, Rumıniya, Polşa vətəndaşları burda ucuza işləyərək, burda qazandığı pulu ölkəsinə göndərərək, mənim burdaki iqtisadiyyatımı pozdu. Mən burada sərbəst gələn insanları istəmirəm, mən xarici düşməni deyiləm. Mən hindistanlı, pakistanlılarla işləyirəm, amma, mən burada Avropa Birliyi pasportu ilə gəlib işləyənlərə qarşıyam". Vətəndaşın özünə görə "haqlı" səbəbi bundan ibarət idi”-deyə danışan İhsan Alpargın vurğulayıb ki, bir hadisə insanın cibinə zərər verirsə, o hadisəyə insanlar reaksiya verirlər.

Böyük Britaniya bu reaksiyanı verdi. İndi Avropa Birliyinə qayıtmasından söhbəət gedir. Britaniya Avropa Birliyinə geri dönərsə, Avropa Birliyi o Avropa birliyi olmaz.

İhsan Alpargın, Britaniyanın Avropa Birliyinə qayıtmayacağını düşünür.

“Ən azından yaxın zamanda dönməyəcək. Çünki, Avropa birliyinin həll etməli olduğu çox problem var. Bu problemlərə görə Böyük Britaniya birlikdən ayrılmışdı. Balkanlardan gələn işçilər, bu işçi bazarını çox pozdu. Böyük Britaniyanın üstünlüyü odur ki, ada ölkəsi olduğuna görə tez çıxa bildi”-deyə İhsan Alpargın əlavə edib.

İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »