Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarənin havada açılan qapısının vintləri boşalıb
Təyyarənin havada açılan qapısının vintləri boşalıb

ABŞ-da Alyaska Hava Yollarına məxsus 1282 saylı reysi həyata keçirən "Boeing 737 Max 9" tipli təyyarənin havada olarkən təcili çıxış qapısının qırılması ilə bağlı araşdırmalar davam edir.

Bizimyol.info xəbər verir ki, "United Airlines"dan dünən verilən açıqlamada bildirilib ki, ötən həftə baş verən qəzadan sonra aparılan ilkin araşdırmalar nəticəsində ən azı 5 ədəd "Boeing 737 MAX 9" tipli təyyarənin boltlarının boş bağlandığı müəyyən edilib.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) bu tip təyyarələrlə bağlı araşdırmaya başlayıb. ABŞ-da cəmi 171 "Boeing 737 Max 9" təyyarəsi anqarlara geri çəkilib və yüzlərlə uçuş ləğv edilməklə, problemlər həll olunana qədər təyyarələrin uçuşa buraxılmayacaqları açıqlanıb.

Qeyd edək  ki, dörd gün əvvəl ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rəsmi sosial media hesabından verdiyi açıqlamada, 1282 saylı reyslə Portlend Beynəlxalq Hava Limanından saat 17:00-da havaya qalxan təyyarənin ekipajının təzyiq problemi olduğunu bildirdikdən sonra geri qayıdaraq təhlükəsiz eniş etdiyini açıqlayıb.

"Boeing 737-MAX 9" sərnişin təyyarəsinin oktyabr ayında hava yollarına təslim edildiyi bildirilib, FAA və Alyaska Hava Yolları hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.

Alaska Hava Yolları tərəfindən edilən açıqlamada 174 sərnişin və 6 ekipaj üzvündə heç bir xəsarət olmadığı ifadə edilib.

"Boeing" də sosial media hesabından açıqlama verərək, hadisə ilə bağlı məlumat topladığını və texniki qrupun araşdırmaya dəstək verməyə hazır olduğunu bildirmişdi.

Türk Hava Yolları da öz donanmasında sözügedən tipli 5 təyyarəni dayandırıb və onları xidmətdən çıxarıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »