Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PUA ilə daha bir sərhəddən kənar sui-qəsd... İsraillə Hizbullah arasında gərginlik artmaqda davam edir
PUA ilə daha bir sərhəddən kənar sui-qəsd... İsraillə Hizbullah arasında gərginlik artmaqda davam edir

İsraillə Hizbullah arasında gərginlik artmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, ötən həftə HƏMAS lideri Salih Arurinin Beyrutda öldürülməsindən sonra İsrail ordusu daha bir sui-qəsd həyata keçirib.

Ötən gün Hizbullahın elit qüvvəsi "Ridvan" komandirlərindən biri olan “Hacı Cavad” kod adı ilə tanınan Visam əl-Tavilinin avtomobilinə havadan zərbə vuraraq onu öldürüb. Hücumun Livanın cənubundakı Hirbat Slim qəsəbəsində baş verdiyi və ərazinin İsrail sərhədindən təxminən 10 kilometr aralıda olduğu bildirilib.

Təşkilatın Cənubi Livandakı əməliyyatlarına cavabdeh olduğu bildirilən və İsrailə qarşı hücumların arxasında duran adlardan biri olan Əl-Tavil Hizbullah ilə İsrail arasında 7 oktyabrda başlayan qarşıdurmadan sonra Livanda öldürülən ən yüksək rütbəli şəxs kimi göstərilib. Hizbullahın verdiyi açıqlamada Əl-Tavilin ölümü təsdiqlənib və Livan mediası hücumun pilotsuz təyyarə ilə həyata keçirilə biləcəyini güman etdiyini bildirib. Ehtimal olunur ki, Hizbullahın Əl-Tavil sui-qəsdinə cavabı mümkün İsrail-Hizbullah müharibəsini alovlandıracaq.

Livan Hizbullahının mühüm komandirlərindən olan Vissam əl-Tavilin 2020-ci ildə ABŞ tərəfindən öldürülən İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymaniyə yaxın bir ad olduğu bildirilir. İranın da bu hadisəyə cavabsız qalmayacağı qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »