Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron "Parisi partladır"... "Afrikadan "qovulan" Fransa, agent şəbəkəsinin ifşası ilə siyasi arenada iflas edir"
Makron "Parisi partladır"... "Afrikadan "qovulan" Fransa, agent şəbəkəsinin ifşası ilə siyasi arenada iflas edir"

Bir neçə gün əvvəl Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti Fransa agenturasını ifşa etdi. Qeyd edək ki, Fransa Xüsusi Xidmət orqanları bəlkə də son 50 ildə belə utancverici şəkildə ifşa edilməmişdi. Maraqlıdır ki, Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən müxtəlif dövlətlərin daxilinə qarışmaq məqsədilə sui-istifadə edir.

Son zamanlar diqqət yetirsəniz, Fransa siyasətinin iflasa uğradığına şahid ola bilərsiniz. Afrikadan başlayaraq Cənubi Qafqaza kimi Fransanın xarici siyasəti iflasa uğrayır. Afrikada güclü bir antifransa əhval ruhiyyəsi hökm sürür. Fransa qara qitədən qovulur. Bütün bunların səbəbkarı, Makronun yarıtmaz siyasətidir.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda Fransa şəbəkəsi aşkarlanıb və bu məsələ üzrə xüsusi orqanlar məşğul olur, operativ işlər həyata keçirilir. Bu işlər hələ bir müddət davam edəcək.

Rüfət Quliyev Rüfət Quliyev

“Məndə olan məlumata görə, bir ay, ay yarıma qədər bir müddətdə bu işlər davam edəcək”-deyə deputat bildirib.

Deputat vurğulayıb ki, artıq Fransada Makronun problemləri durmadan artır.

“Bir neçə gün əvvəl Fransa parlamentində böyük bir təşviş yaranıb. Makronun partiyasında miqrantlarla bağlı böyük problemlər yaranıb. Bilirsiniz ki, Fransada miqrantlara məhdudiyyətlər qoyulması bağlı qanunlar müzakirə edilir. Bu müzakirələrdə bir çox parlament üzvləri, müxalifət partiyalar qanuna qarşı çıxıblar. Hətta Makronun partiyası da qanuna qarşı çıxıb. Son məlumatlara görə, Fransa Səhiyyə Naziri isrefaya gedib. Daxili İşlər Naziri istefaya getmək istəyir. Makron partiyasından olan bir neçə nazir var ki, istefa vermək niyyətindədirlər. Çünki qanunu qəbul etdirə bilmirlər. Qanunun qəbul edilməməsi isə, Fransa cəmiyyətində siyasi cəhətdən uduzmaq deməkdir”-deyə deputat əlavə edib.

Fransanın artıq 5 müstəmləkəsini itirdiyini bildirən deputat qeyd edib ki, bu yaxınlarda Fransa Nigerdən tam çıxarılıb. Belə ki, Fransa səfirliyi və qoşunlar ölkədən kənarlaşdırılıb.

Deputat bildirib ki, bu proses hələ müəyyən müddət davam edəcək.

“Bütün Fransız dilində danışılan ölkələrdə Fransanın imperialist siyasətinə qarşı çıxırlar. Bu da onu göstərir ki, Makron nə daxili, nə də xarici siyasətini normal formada qura bilmir”-deyə deputat əlavə edib.

Deputat hesab edir ki, Makronun səhvlərindən biri də, ermənilərin sözü ilə Azərbaycanla münasibətləri pozub. Bu, özü də yaxşı hal deyil.

“Hamı bilir ki, Makron özü də etnik ermənidir. Bu da artıq şəbəkələrdə var. Ona görə ermənilərə yaxınlıq göstərməsi çox təbiidir. Fransa təbii ki, nəhəng böyük bir dövlətdir. Amma Fransanın bu formada antiazərbaycan siyasəti, Fransa xalqının fikri deyil.

Bu, Fransada iqtidarda olan ermənipərəst və birneçə varlı insanların məqsədyönlü siyasətidir. Onlar yenə də erməni separatçılarını dəstəkləmək istəyirlər. Ermənistanı yenidən silahlandırmaq nəyə lazım idi? Ermənistana bu qədər silah satmaq nəyə lazım idi? Guya o silahla Ermənistan hansısa bir müharibəni uda biləcəkmi? Belə bir hal ola bilməz. Müasir müharibələr yeni texnoloji səviyyədə gedir.

Adi tanklarla, zirehli texnika ilə hansısa müharibədə qələbə qazanmaq mümkün deyil”-deyən deputat hesab edir ki, siyasi böhran Fransada davam edəcək. Makronun öz partiyası, siyasi silahdaşları ona qarşı çıxırsa bu da o deməkdir ki, Makron artıq fiaskoya uğrayıb. Onun siyasi gələcəyi görünmür və onun istər daxildə, istərsə də xaricdə gücü kifayət qədər azalıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »