Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Vada Cüniçi: "Azərbaycanda gördüyüm xoş münasibət yaddaşıma həkk olunub" - Video
Səfir Vada Cüniçi: "Azərbaycanda gördüyüm xoş münasibət yaddaşıma həkk olunub" - Video

Yaponiyan Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ölkəmizdəki missiyyasını başa başa vuraraq vətəninə qayıdır.

Bizimyol.info xəbər verir ki, Səfir Vada Cüniçi bu barədə səfirliyin sosial media hesabında paylaşım edərək Azərbaycan xalqı ilə vidalaşıb.

Səfir Vada Cüniçi: “Əziz Azərbaycan xalqı 3 il 4 ayidi ki, Azərbaycanda Yaponiyanın səfiri olaraq fəaliyyət göstərmək mənim üçün çox xoş idi. Bu müddət ərzində ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da yaxşılaşdırılmasına çalışdım. Ölkənin regionlarına səfərlər etdim, müxtəlif mədəniyyət nünunələri ilə tanış olduğum. Bu ölkədə gördüyüm xoş münasibət mənim yaddaşıma daimi olaraq həkk olunub.

Ölkəmə qayıtdıqdan sonra da Yaponiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün çalışacağam. Hər birinizə xoşbəxtlik, can sağlığı və işlərinizdə uğurlar arzulayıram”, - deyə Səfir Vada Cüniçi vida çıxışında qeyd edib.

Qeyd edək ki, Cuniçi Vada 2020-ci ilin setyabr ayından Azərbaycanda səfir kimi fəaliyyəyə başlayıb. Ölkəmizdə təşkil edilən tədbirlərdə fəal iştirak edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »