Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən qayğı görmək üçün özünü boğazını kəsən, qanına nəcis qatan… – DƏHŞƏTLİ XƏSTƏLİK
1951-ci ildə İngiltərədə xəstəxanaları gəzib xəstə olmadığı halda özünü elə təqdim edən və cərrahi müdaxilə tələb edən bir qrup xəstə olduğu müəyyən edilir.

Səhhəti ilə bağlı kiçik problemlərini böyüdənlərin əksinə heç bir sıxıntısı olmayan insanların bunu bilərəkdən etdikləri qısa müddət sonra aydınlaşır.

Həkimlər bu xəstəliyə 18-ci əsrdə yaşamış və uydurduğu yalan hekayələrlə məşhurlaşmış alman Baronu Karl Friedrich von Munchausendan ilhamlanaraq Munchausen sindromu adını verir.

Bu sindromu daşıyan xəstələr həkimin qəbuluna tez-tez müxtəlif yalan hekayələrlə gəlirlər.

Maraqlısı odur ki, müalicəsi bitmədən xəstəxanadan ayrılan xəstələr eyni səhnəni canlandırıb yenidən xəstəxanaya müraciət edirlər. Bu insanlar çox gözəl müşahidə qabiliyyəti olan hər kəsi aldada biləcək, psixoloji problemləri olan adamlardır.

Araşdırmalar göstərir ki, keçmişdə valideynləri tərəfindən tərk edilmək və pis rəftar bu insanları birləşdirən ümumi məsələlərdir. Onlar həkimləri qayğı və sevgi almaq üçün bir vasitə kimi görürlər.

Bu məqsədlə içinə girmək istədikləri xəstəliyin əlamətlərini bədənlərində özləri yaradırlar. Bunu edərkən də xəstə olmadıqlarının tamamilə fərqindədirlər.

Belə adamlar qorxulu yollara əl atırlar. İnfeksiyaya yoluxmaq üçün bədənlərini yaralayıb qana nəcis bulaşdırmaqdan və qan qusduqlarını göstərmək üçün boğazlarının iç hissəsini kəsməkdən çəkinmirlər.

Anal, ya da vaginal dəliklərini genişlətmək, çoxlu dərman atıb ürək döyüntülərini sürətləndirmək, uşaq pudrası udub astma əlamətlərini göstərmək üçün istifadə etdikləri metodlardan bir neçəsidir.

Xəstəliyin daha ağır forması gənc analar arasında müşahidə olunur. Belə ki, onlar istədikləri xəstəliyin əlamətlərini özlərində yox, körpələrində yaratmağa çalışırlar. Bu isə bir çox halda uşaqların xəsarət almasına gətirib çıxarır.

“Xəstə” körpəsini xilas etmək üçün ilkin müdaxilədən çəkinməyən ana ətrafındakı insanların alqışlarını eşitməyi sevir, “qəhrəman” olmaq üçün əlindən gələni edir.

Bu hisləri yaşamaq üçün uşağının sidik analizinə adət qanını qarışdıran, boya yedirib rəngli qusduran, özünün insulin iynəsini sağlam uşağına vuran, dərisində qabarcıq olacaq şəkildə qaşıyıb töküntü bəzəyi verən, yeməkdən uzaq tutub böyümə geriliyinə səbəb olan analar kimi bir çox nümunəyə rast gəlinib.

Bu qorxulu, amma maraq doğuran xəstəlik The Sixth Sense, The X Files, House M.D., Bron/Broen kimi bir çox xarici filmin ana xəttini formalaşdırıb.(minval.info)

Son xəbərlər
Bütün xəbərlər »