Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Supply Chain Forumu"nda bizi nələr gözləyir? - Müsahibə
"Supply Chain Forumu"nda bizi nələr gözləyir? - Müsahibə

Supply Chain Forumunun rəsmi media tərəfdaşı Bizimyol.info tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edir.

Pərviz Kərimov, “Business Management School” MMC-nin həmtəsisçisi, “Supply Chain Community” MMC-nin təsisçisi və direktoru

“Business Management School” MMC-nin həmtəsisçisi, “Supply Chain Community” MMC-nin təsisçisi və direktoru Pərviz Kərimov “Business Management School” MMC-nin həmtəsisçisi, “Supply Chain Community” MMC-nin təsisçisi və direktoru Pərviz Kərimov

- Pərviz bəy, bildiyimiz kimi bu il 18 noyabr tarixində ölkəmizdə sektorunun ilk və tək forumu olan Supply Chain Forum 2-ci dəfə keçiriləcək. Maraqlıdır ki, təchizat sahəsində forum təşkil etmək fikri necə yaranıb?

- Təchizat sahəsində forum fikri 2019-cu ildə başqa sahələr üzrə forumlarda iştirakla yarandı. Mən özüm bu sahə üzrə 8 ildən çoxdur ki, ilk təlimlər təşkil etməyə başlayan “Business Management School” MMC-nin həmtəsisçisiyəm. Bu illər ərzində hər biri öz sahəsinin peşəkarı olan təlimçilərimizlə birgə təchizat zəncirinin idarə edilməsi sahəsinin bütün istiqamətləri üzrə 4000-dən çox məzun yetişdirmişik. Həmin təlimlərdə şəxsən özüm də iştirak edərək bu sahənin nə dərəcədə yüksək əhəmiyyətinin olduğunun fərqinə varırdım. Zaman keçdikcə, məzunlarımızdan ibarət geniş kommunikasiya kanalımız Azərbaycanda bu sahədə ilk mobil tətbiqin yaranmasına və inkişaf etməsinə təkan verdi. Bütün bu təcrübələrin nəticəsində təchizat zəncirinin idarə edilməsi üzrə peşəkarların da həm fikir mübadiləsi apara biləcəyi, həm əlaqələrini daha da möhkəmləndirə biləcəyi, eyni zamanda dünya təcrübəsindən yararlanaraq ölkəmizdə də tətbiq edib faydalana biləcəyi, dəyər qata biləcəyi böyük tədbirlərin təşkilini qarşımıza məqsəd qoyduq.

Forum ideyası 2019-cu ildən formalaşsa da, pandemiya şərtlərinin yaratdığı məhdudiyyətlər səbəbilə ilk forumumuz ötən ilin mart ayında baş tutdu. Kifayət qədər uğurla yekunlaşdırdığımız ilk tədbirimizdə iştirakçılardan gələn rəylər və təkliflər sayəsində ümid edirik və inanırıq ki, bu il daha möhtəşəm bir tədbir bizi gözləyir.

- Biraz da spikerlərdən danışaq. Pərviz bəy, ümumi neçə moderator və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilir?

- Ötən il olduğu kimi bu il də 3 hissəli forumumuzla təchizat sahəsi ilə bağlı ən aktual mövzularda faydalı olmağa, dəyər qatmağa çalışacağıq. Keçən ildən fərqli olaraq bu il iki hissənin daha çox dialoq, müzakirə, debat və sual-cavablar şəklində keçirilməsi, sadəcə son paneldə spikerlərin ayrılıqda çıxışları nəzərdə tutulmuşdur. İlk tədbirimizdəki müşahidələr və iştirakçı rəylərini analiz edərək anladıq ki, iştirakçılar foruma qatılmaqla daha çox onları maraqlandıran suallara cavab tapmaq, müzakirələrdə yaxından iştirak etməyə çalışırlar. Nəzərə alsaq ki, iştirakçılardan gələn suallar həm də bir çoxunun aktual problemi ola bilər, spikerlərə verilən hər bir sualla daha çox problemlər öz həllini tapmış olacaq. Belə ki, ilk panelimizin spikerləri “Dövlət və Özəl Müəssisələrdə Satınalma Münasibətləri” mövzusunda və ikinci panelimizin spikerləri “Azərbaycanın İdxal İxrac Tranzit üzrə İmkanları” mövzusunda müzakirələr aparacaq, böyük bir hissəsi xarici spikerlərdən ibarət 3-cü panelimizin spikerləri “Təchizat Zəncirinin İdarə Edilməsində Müasir Trendlər” mövzusu əsasında öz təqdimatlarını edəcəklər. Hər 3 paneldə iştirakçılardan gələn sualların cavablandırılmasına şərait yaratmağa çalışacağıq.

Elvin Cabay, “Business Management School” MMC-nin həmtəsisçisi və direktoru

Elvin Cabay Elvin Cabay

- Elvin bəy, forum şirkətlərə, eləcə də iştirak edən şəxslərə nə kimi fayda verəcək? Sponsor və ya tərəfdaş kimi iştirak etmək istəyən şirkətlər hansı ünvana müraciət etməlidirlər?

- Forumumuzun məqsədi, Azərbaycandakı bizneslərin rəqabət gücünü artırmaları üçün təchizat zənciri sistemlərinin inkişafına təkan verməkdir. Forum müddətində bu istiqamətdə müzakirələrin, həm yerli, həm beynəlxalq təcrübə və trendlərin paylaşılması təmin ediləcək. Bununla da, «Supply Chain Forum» təchizat zənciri sistemlərinin dünyada artan önəmini, bu sahədəki yenilikləri və inkişafı ölkəmizdəki biznes mühitinə aşılanmasına münbit şərait yaradacaq. Sponsor və ya tərəfdaş olaraq qatılan şirkətlər təchizat zəncirinin idarə edilməsi üzrə qərarverici peşəkarların da olacağı "Supply Chain Forum"da və forumun bütün kommunikasiya kanallarında məhsul və xidmətləriniz barədə məlumatları hədəf kütləyə daha aydın çatdıra biləcək və markalarının gücünə daha da güc qataraq, bazar paylarını genişləndirmək fürsəti əldə edəcəklər.

- Təchizatçılar, satınalmaçılar, eyni zamanda logistika, gömrük və anbar mütəxəssisləri, şirkət rəhbərləri nə üçün bu tədbirdə iştirak etməlidirlər?

- Bildiyiniz kimi, ölkəmizdə təchizat sahəsində ilk və tək təşkil olunan forum "Supply Chain Forum"dur. Tədbirimizdə Azərbaycanın qabaqcıl şirkətlərinin satınalma, təchizat, logistika, anbar idarəçiliyi, gömrük işləri, planlama sahələrində çalışan rəhbər və mütəxəssis heyətləri, eyni zamanda şirkət rəhbərləri və dövlət qurumlarının nümayəndələrindən ümumilikdə 200-ə yaxın qurumdan 400 nəfərədək insanın iştirakı nəzərdə tutulmuşdur. İştirakçılar 3 moderator və 17 peşəkar spikerlə birgə fikir və təcrübə mübadiləsi apara biləcək, çətinliklərinə həllər tapa biləcək, həmçinin bizneslərindəki real əlaqələri artıra, daha da gücləndirə biləcəklər. İnanırıq ki, forum iştirakçıları təchizat zənciri idarəçiliyi ilə bağlı fərqli vizyonlar əldə edərək forumdan ayrılacaqlar.

Bahadur Muradov, Satınalma meneceri, SCF təşkilati komandasının üzvü

Satınalma meneceri, SCF təşkilati komandasının üzvü Bahadur Muradov Satınalma meneceri, SCF təşkilati komandasının üzvü Bahadur Muradov

- Bahadur bəy, siz forumun təşkilatçı komanda üzvü olmaqla yanaşı, həmçinin son panelin moderatorsunuz. 3-cü panelin mövzusuna uyğun spikerlər seçilərkən hansı kriteriyalar nəzərə alınmışdır?

- Bildiyimiz kimi son panel “Təchizat Zəncirinin İdarə Edilməsində Müasir Trendlər” mövzusunu əhatə edəcək. Bu panelin spiker namizədlərinin tapılmasında xeyli araşdırma və müzakirələr aparılıb. Əsasən xarici spikerlər seçməyi hədəflədiyimizin səbəbi, iştirakçılarımızı bu sahədəki dünya təcrübəsilə yaxından tanış etmək, müasir trendlərdən geri qalmadan həmin həlləri ölkəmizdə də uyğun şəkildə tətbiq etməklərinə təkan verə bilməkdir.

Dünya təcrübəsi göstərir ki, artıq şirkətlərin özü deyil, onların məhz təchizat zəncirləri sağlam rəqabət sayəsində bizneslərə, bilavasitə iqtisadi inkişafa böyük dəyər qatmaqdadır. Buna görə əksər hallarda təchizat zənciri “dəyər zənciri” olaraq da adlandırılır.

Öz geniş və çoxillik təcrübələrini paylaşması üçün dəvətimizi qəbul etmiş xarici spikerlər, öz sahələrinin dünya üzrə tanınmış və kifayət qədər böyük, faydalı işlər görmüş peşəkarlarıdır. Bu mütəxəssislərin foruma gəlməyi, öz çıxışları ilə təqdim edəcəkləri bilik və təcrübələr iştirakçıların öz sahələrindəki vizyonlarını daha da genişləndirməsinə, yenilikləri tətbiq edərək ölkəmizdə də bu sahənin bir sıra çətinliklərinin aradan qaldırmasına qatqısı olacağına əminik.

Şəfəq Cavadlı, “Supply Chain Management” MMC-nin direktoru, SCF Layihə meneceri

“Supply Chain Management” MMC-nin direktoru, SCF Layihə meneceri Şəfəq Cavadlı “Supply Chain Management” MMC-nin direktoru, SCF Layihə meneceri Şəfəq Cavadlı

- Şəfəq xanım, "Supply Chain Forumu"na maraq nə dərəcədədir və sizi qane edirmi? Təşkilati işlər hansı mərhələdədir?

- Daha öncə də fərqli tədbirlərin təşkilatçılığında iştirak etmiş biri olaraq deyə bilərəm ki, insanların 1 gün ərzində iştirak etdiyi bir tədbirin hazırlıqları kifayət qədər uzun periodlardan keçir. Ötən il keçirdiyimiz ilk forumdan aldığımız rəylərin analizindən başlayaraq, bu ilki forumun mövzularının, mövzulara uyğun spikerlərinin seçimi, hərəkət planının hər detalının icra edilməsi olduqca böyük  məsuliyyət, diqqət və əmək tələb edir.

Planların icrasına 6 ay öncə başlamışıq və əsas komanda, dəstəkçi tərəflərlə hər birimizin layihə üzrə öz öhdəlikləri və müvafiq vaxt çərçivələri təyin olunmuşdur. Hazırda ümumi işlərimizin əsas hissəsinin çoxunu geridə qoymuşuq. Bilet satışları demək olar ki, yekunlaşmaq üzrədir. Ölkəmizin təchizat sahəsi üzrə peşəkarlarının, istər dövlət, istərsə də özəl qurumların rəhbər heyətlərinin tədbirimizə göstərdiyi maraq bizi həm sevindirir, həm də gözləntilərə cavab vermək üçün əlimizdən gələnin ən yaxşsını etməyə stimul verir. Tədbirimizin baş tutmasına az bir vaxt qalıb. Tədbirin yekunundan iştirakçıların məmnun, fayda əldə etmiş şəkildə ayrılması üçün sözün əsl mənasında gecə-gündüz çalışan, hər biri öz işini sevərək görən komandamızın hər bir üzvünə minnətdaram.

- Bilet əldə etmək istəyən şəxslər biletləri hansı ünvandan əldə edə bilərlər?

- Tədbirdə iştirak etmək istəyənlər həm supplychainforum.az saytına daxil olaraq, həm də saytda olan əlaqə nömrələri ilə əlaqə saxlayaraq korporativ şəkildə bilet sifarişi və korporativ müqavilələrin hazırlanması üçün müraciət edə bilərlər. Bu halda müraciət edən şirkət ilə korporativ müqavilə hazırlanır və korporativ ödəniş edilərək biletlər əldə olunur. 8 noyabra kimi forumda iştirak üçün biletlər endirimli qiymətlərlə satışda olacaq. Bütün oxucuları gecikmədən bilet əldə etməyə dəvət edirik.

"Supply Chain Forumu"na bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »