Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ANAMA: "Tərtərdə minaya düşən şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib"
ANAMA: "Tərtərdə minaya düşən şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib"

2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

Son xəbərlər
Bütün xəbərlər »