Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyanın ədalət tərəzisinin işlək olmadığını hökm sürən müharibə və münaqişələrdən görürük"
"Dünyanın ədalət tərəzisinin işlək olmadığını hökm sürən müharibə və münaqişələrdən görürük"

2021-ci ilin sonu 2022-ci ilin əvvəllərində Azərbaycanın hüquq müdafiə təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. Azərbaycan haqlı mübarizəsində bütün təzyiqlərə dözdü, ittihamlara cavab verdi, iddiaların əsassız olduğunu sübut etdi. İndi isə, həmin təzyiqlər öz təsirini və əhəmiyyətini itirib…

“Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir. Bununla yanaşı, kənar qüvvələrin təsiri altında bəzi təşkilatlar da Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. O, qeyd edib ki, təbii ki, beynəlxalq münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat əlavə edib ki, ümumiyyətlə, Azərbaycan öz haqlı mübarizəsində dəfələrlə beynəlxalq ictimaiyyətin haqsız münasibəti ilə qarşılaşıb. Hətta bu münaqişənin başladığı gündən etibarən Azərbaycana qarşı ədalətsiz kampaniyalar davam etdirilirdi.

“Lakin bu gün Azərbaycanın uzaqgörən xarici siyasət strategiyası bütün bunları arxada qoydu. Bu gün dünyanın ədalət tərəzisinin işlək olmadığını hökm sürən müharibə və münaqişələrdən də görürük. O cəhətdən düşünürəm ki, Azərbaycanın güclü idarəçiliyi var ki, istənilən beynəlxalq təzyiqlərə tab gətirsin”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »