Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2030-cu il futbol üzrə dünya çempionatının oyunları üç qitədə keçiriləcək
2030-cu il futbol üzrə dünya çempionatının oyunları üç qitədə keçiriləcək

Tarixdə ilk dəfə olaraq 230 futbol üzrə dünya çempionatı üç qitədə - Avropa, Afrika və Cənubi Amerikada keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

FİFA Şurası İspaniya, Portuqaliya və Mərakeşin turnirə ev sahibliyi etmək üçün birgə namizəd kimi birlikdə təqdim edilmiş müraciətini təsdiqləyib.

Eyni zamanda, Uruqvay, Argentina və Paraqvayda - 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatının 100 illiyi şərəfinə üç oyun keçiriləcək. Bu üç komanda Portuqaliya, İspaniya və Mərakeşlə birlikdə avtomatik olaraq dünya çempionatına vəsiqə qazanır.

“The Athletic” yazır ki, Çempionatın açılış oyunu Uruqvayda yerli komandanın iştirakı ilə keçiriləcək. Argentina və Paraqvay qrupdakı ilk qarşılaşmalarını doğma azarkeşlər qarşısında oynayacaqlar. Turnirin final matçı Madriddəki “Santyaqo Bernabeu” arenasında olacaq.

2026-cı ildə Kanada, Meksika və ABŞ-da ikidən çox ölkəni qəbul edən ilk çempionat olacaq FIFA Dünya Kuboku keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »